Tütünçəkmə — tütün yarpaqlarının siqaret, qəlyan və s. şəklində istifadə edərək yandırılan zaman əmələ gələn tüstüsü ilə nəfəs almaqdır və dünyada qarşısı alına bilinən əsas ölüm səbəblərindən biridir. Bu bölmədə siz tütün və tütün məhsullarının ziyanı, orqanizmə vurduğu zərərləri və ağır fəsadları barədə geniş məlumatlar əldə edə bilərsiz.
Tütünçəkmə vərəmə yoluxma riskini artırırmı?
Tütün çəkənlərdə vərəmin gizli formasının yaranma ehtimalı tütün çəkməyənlərə nisbətən 3 dəfə çoxdur. Yoluxma riski həm də tütünçəkmənin müddətindən və miqdarından asılıdır.
Passiv tütünçəkmə nədir?
Passiv tütünçəkmə – tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs almaqdır. Qapalı şəraitdə tütün tüstüsü hər tərəfə yayılır və onun zərərli təsirinə həm tütün çəkənlər, həm də çəkməyənlər məruz qalır. Bu, adətən, passiv tütünçəkmə adlandırılır.
Elektron siqaretlər də ziyandır?
Bəli, elektron siqaretlər də, adi siqaretlər kimi sağlamlığa ziyanlı təsir edir. Bəzilərini sadalayaq:
- Asılılıq: Elektron siqaretlərin tərkibində nikotin olduğuna görə bu yüksək dərəcədə asılılıq yaradır.
- Narahatlıq və depressiya: Nikotin narahatlıq və depressiyanı daha da pisləşdirir. Xüsusilə inkişaf edən beyinlərdə yaddaşa, konsentrasiyaya, özünü idarə etməyə və diqqətə təsir edir.
- Siqaret çəkən: Vapinq çəkən insanların adi (tütün) siqaretlərini çəkməyə başlama ehtimalı daha yüksəkdir və gələcəkdə digər asılılıqları inkişaf etdirmə ehtimalı daha yüksəkdir.
- İktidarsızlıq: Vapinqin kişilərdə cinsi disfunksiyaya səbəb ola biləcəyinə dair bəzi sübutlar var.
Gündə 2-3 siqaret çəkmək də ziyandır?
Ağciyər xərçəngi ilə tütün istifadəsi arasında bilavasitə asılılıq mövcuddur. Sayından və qədərində asılı olmayaraq tütünçəkmə ürək-damar xəstəliklərinin və onların nəticəsində baş verən ölümlərin artmasını törədən əsas amillərdən biri hesab olunur. Passiv tütünçəkmə nəticəsində ürəyin işemik xəstəliyi və müvafiq olaraq miokard infarktı riski kəskin artır. Hətta az miqdarda tütün tüstüsünə məruzqalma trombositlərin aqreqasiyasını artırır, hemodinamik dəyişikliklərə səbəb olur. Gündə 5 dənəyə qədər siqaret çəkən hamilə qadınlarda aşağı çəkili uşaqların doğulması ehtimalı daha çoxdur.
“Yüngül” siqaretlərin zərəri daha azdır?
“Yüngül” adlanan siqaretlər “adi” siqaretlər kimi zərərlidir. Əfsuslar olsun ki, tütün istifadəçilərinin əksəriyyəti bu haqda məlumatlı deyillər. Tütün çəkənlərin 60%-i inanır ki, yüngül və ultra - yüngül siqaretlərin tərkibində nikotin və qatranın miqdarı azdır. Tütün şirkətləri bildirir ki, bu terminlər siqaretlərdə nikotinin miqdarı ilə deyil, onların tərkibinə daxil edilən dad və ətirverici maddələrlə bağlıdır. Tütün çəkənlərin 10%-dən azı 1 ədəd “yüngül” və ya “ultra - yüngül” siqaretdə 1 ədəd adi siqaretdəki qədər qatran olduğunu bilir. Əksər tütünçəkənlər qeyd ediblər ki, bu faktı bilsəydilər siqareti tərgitməyə daha çox səy göstərərdilər. “Yüngül” siqaret brendlərindən istifadə edənlər siqaret çəkməyi tərgitməyə cəhd etsələr də, təəssüf ki, bu sadəcə cəhd olaraq qalır.
- www.tobaccocontrol.az
- Siqaret çəkənlər üçün kalkulyator
- "Tütündən imtina et" mobil aplikasiyası siqaretdən imtina etməyə sizə kömək edəcək
- "HƏR GÜNÜN TÜTÜNSÜZ OLSUN!" aksiyasına qoşul! Selfi yarat!
- www.tobaccofreekids.org
- tobaccobody.fi
- www.ensp.org
- tobaccocontrolgrants.org
- globaltobaccocontrol.org
- www.who.int/tobacco/wntd/ru/
- Tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə dair
- https://www.who.int/campaigns/world-no-tobacco-day
- https://www.tobaccocontrol.az/az/judgement
- Tütün və tütün məmulatı haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
- Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu (Çıxarışlar)
- “Tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə dair Tələblər”in təsdiq edilməsi barədə
- Gənclər arasında tütündən istifadənin qlobal təqdimatı
- "Tütündən imtina et" mobil əlavəsinin köməyi ilə tütünçəkmənin zərərləri barədə öyrənmək və siqareti tərgitmək üçün faydalı məlumatlar əldə etmək olar.