UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Siqaret vitrini tütünçəkməni təbliğ edir

Diqqət! Təhlükəli vərdiş buradan başlayır!

Tədqiqatlar göstərir ki, tütün məmulatlarının göstərilməsi digər tütün reklamları  olmadan da gənclərin siqaret çəkməyə başlaması ehtimalını artırır.

Təəssüflə bildirmək lazımdır ki, nəzərəçarpan tütün vitrinləri gənc nəsli tütün məmulatlarından istifadə etməyə həvəsləndirmək üsullarından biridir. Eyni zamanda, bu vitrinlər tütündən istifadənin məqbul (normal) və məşhur olması barədə gənclərdə yanlış düşüncə yaradır.

Tütünçəkməyə yox deyin, sağlam və gümrah yaşayın!

Adətən, kassa aparatı arxasında yerləşən belə vitrinlər tütün məhsulunun dərhal alınmasına stimullaşdırmaq məqsədilə tütün şirkətləri tərəfindən cəlbedici dizayn edilir.

Tütün məmulatlarının göstərilməsi tütünçəkmədən imtina etməyə və ya az çəkməyə çalışan insanları məhsulun dərhal alınmasına həvəsləndirir.Beynəlxalq təcrübə göstərir ki, tütün məmulatlarının göstərilməsinin məhdudlaşdırılması gənclər arasında tütündən istifadənin azaldılması üçün effektiv vasitədir.

Maadə 8. Tütün məmulatlarının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması

8.1. Hüquqi və fiziki şəxslərə tütün məmulatlarının satışında istifadəçilərin həvəsləndirilməsi üçün aşağıdakı üsulalrdan istifadə edilməsi qadağan edilir:

8.1.1 Tütün məmulatlarının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat kimi verilməsi

8.1.2.Tütün məmulatlarının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi

8.1.3. Tütün məmulatlarının satışı və istifadəsi ilə bağlı uduşlu ( o cümlədən siqaret qutularının və hissələrinin yığılması ilə) oyunların, o cümlədən stimullaşdırıcı  lotereyaların keçirilməsi.

8.2.Tütün istehsalı və satışı ilə məşğul olan şəxslər tərəfindən istehsal edilən və ya satışa çıxarılan tütün məmulatlarının istehlakçılara hədiyyə və ya yardım kimi paylanmasına yol verilmir.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Resöubliksanın Qanunu

Siqaret çəkmək sağlamlıq üçün təhlükəlidir!

Tütünçəkmə insanın sağlamlığına zərər vurmaqla yanaşı, ona həm də ciddi maddi ziyan vurur. Siqaret çəkən şəxs ona xərclədiyi məbləği digər zəruri ehtiyaclarına yönəldə bilər.

Tütnçəkmə dünyada qarşısı alına bilən əsas ölüm səbəblərindən biridir. Tütün məmulatı yeganə leqal istehlak malıdır ki, onun təsirinə məruz qalan hər kəsə zərər gətirə və ondan istifadə edənlərin təxminən yarısını öldürə bilər.