UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Tütün tüstüsünün tərkibində olan bəzi təhlükəli maddələr
  1. Asetaldehid – Rezin və Yapışqanlarda istifadə edilir (xərçəng yaradır)
  2. Xrom – Polad istehsalında istifadə edilir
  3. Karbon monoksid – Avtomobilin tullantısı olan işlənmiş qazların tərkibində olur
  4. Formaldehid – Mumiyalama zamanı istifadə olunur (xərçəng yaradır)
  5. Arsenium (mərgümüş) – Siçovul üçün zəhər
  6. Akrolein – Toksik qaz, 1-ci dünya müharibəsində kimyəvi silah kimi istifadə olunub
  7. Butan – Alışqan maye kimi istifadə olunur
  8. Ammonyak – Kimyəvi təmizləyici maddələrdə istifadə edilir
  9. Stiren (stirol) – Şüşə lifi və izolyasiyada istifadə edilir
  10. Qurğuşun – Zəhərli maddə, boyalarda istifadə edilir (xərçəng yaradır)
  11. Kadmium – Akkumulyator batareyalarında istifadə olunur (xərçəng yaradır)
  12. Toluol – Boya həlledicilərində istifadə edilir
  13. Qətran – Yolların döşənməsi zamanı istifadə edilir (xərçəng yaradır)
  14. Benzol – Benzində olur (xərçəng yaradır)
  15. Krezol – Dezinfeksiya və həlledici məhlullarında istifadə edilir
  16. Hidrogen sianid - Qaz kamerasında edamlar üçün istifadə edilir
  17. Aseton – Dırnaq boyalarının təmizləyicisi kimi istifadə edilir