UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Tütünçəkmədən imtina etməyin üstünlükləri

Tütünçəkmə nəticəsində əmələ gələn bir çox xəstəliklərin yaranma riski tütünçəkmədən imtina etdikdən sonra azalır. Xəstəliklərin yaranmasına görə fərdi risk tütünçəkmənin müddətindən, intensivliyindən və xəstəliyin tütünçəkmə zamanı olub-olmamağından asılıdır (cədvəl 1-ə bax). Beləliklə, tütünçəkmədən imtina etməyə sövq etmək, xüsusilə də siqaret çəkməyə yeni başlayan insanlarda bu zərərli vərdişin yan təsirlərinin aradan qaldırılması üçün çox vacibdir. Tütün çəkən insanların səhhətində narahatlıq olmadığına görə tütünçəkmə nəticəsində yaranan xəstəliklərin özünü büruzə verməsinə qədər uzun müddət keçə bilər ki, bu səbəbdən də onlar səhiyyə xidmətlərinə çox az və ya artıq gec olduqda müraciət edirlər. Beləliklə, tibb işçisi bütün mümkün olan yollarla insanları tütünçəkmədən imtina etməyə sövq etməlidir.

Sonuncu siqareti atan kimi:

  • 20 dəqiqə ərzində qan təzyiqi normal səviyyəyə çatır, ürəyin funksiyası bərpa olunur;
  • 8 saatdan sonra qanda olan oksigenin miqdarı normallaşır;
  • 1 həftədən sonra sifətin rəngi yaxşılaşır, dərinin, saçların, nəfəsin xoşagəlməz iyi yox olur;
  • 1 aydan sonra tənəffüs yüngülləşir, yorğunluq, xüsusilə səhərlər olan baş ağrıları keçir, öskürək narahat etmir;
  • 1 ildən sonra ürək xəstəliklərinin inkişaf etməsi riski siqaret çəkən şəxslə müqayisədə yarıya enir;
  • 5 ildən sonra isə ağ ciyər xərçəngi ilə xəstələnmək ehtimalı gündə bir qutu siqaret çəkən şəxslə  müqayisədə kəskin azalır.

 

Diqqət:

  1. İldə 1 million insan passiv tütünçəkmə səbəbindən vaxtından əvvəl dünyasını dəyişir.
  2. Hər bir insanın təmiz, tərkibində zərərli maddələr olmayan hava ilə nəfəs almaq hüququ
  3. Tütünçəkmə insanın sağlamlığına təhlükə yaratmaqla yanaşı, ona ciddi maddi zərər vurur. Kasıb ailənin büdcəsinin 10%-i tütün məmulatların alınmasına sərf edilir. Təxminən 20 il ərzində tütünə xərclənən pula hətta avtomobil almaq mümkündür!
  4. Tütündən asılılıq xroniki xəstəlikdir, ondan imtina etmək üçün təkrar cəhdlər göstərilməlidir.
  5. Güclü vərdiş və hətta asılılığın bir forması olan tütünçəkmədən milyonlarla insan imtina edə bilir.
  6. Tütünçəkmə nəticəsində əmələ gələn bir çox xəstəliklərin yaranma riski tütünçəkmədən imtina etdikdən sonra azalır.
  7. 1 saat qəlyan çəkmək 100 ədəd siqaret çəkməyin zərərinə bərabərdir. Həm də ümumi istifadə olunan qəlyanın boru və müşdüyü vasitəsilə yoluxucu xəstəliklərin (məsələn, vərəm) ötürülməsi mümkündür.
  8. Hər gün ətraf mühitə 10 milyard toksik siqaret kötüyü atılır.
  9. İl ərzində siqaret kötüklərindən 770 000 ton tullantı əmələ gəlir.
  10. 300 ədəd siqaret istehsal etmək üçün 1 ağac kəsilir.
  11. Tütün əvəzinə dənli bitkilər becərməklə aclıqdan əziyyət çəkən 20 milyonadək insanı qida ilə təmin etmək mümkün olardı.
  12. Dünyada hər il tütün səbəbindən 1 milyon yanğın baş verir.
  13. İş yerlərində tütün tüstüsünün təsiri nəticəsində dünyada hər il 200 000 insan ölür.
  14. Qlobal olaraq, 13-15 yaşda yeniyetmələrin ən azı 10% tütündən istifadə edir.
  15. Hər il 31 may – Ümumdünya Tütünsüz Günü kimi qeyd edilir.