UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Məşhur insanların siqaret və tütünçəkmənin zərərləri haqqında sözləri

Lev Tolstoy (rus yazıçısı, publisisti və filosofu):

"Siqaret düşüncənin gücünü zəiflədir və ifadəsini qeyri-müəyyən edir."

Jorj Simenon (belçika yazıçısı):

“Kişi olduğunu sübut etmək üçün siqaret çəkməyə başlayırsan. Sonra isə kişi olduğunu sübut etmək üçün siqareti atmağa çalışırsan”.

Hippokrat (qədim yunan həkimi və filosofu):

"Xəstəliklər həyat tərzimizdən, eləcə də özümüzə daxil etdiyimiz və yaşadığımız havadan qaynaqlanır."

Konfutsi (qədim çin filosofu və mütəfəkkiri):

“Zərərli vərdişləri tərgitmək bu gün daha asandır, nəinki sabah”.

Vissarion Belinski (rusiya tənqidçisi, publisisti və filosofu):

“Siqar çəkənlər mənim təbii düşmənlərimdir”.

Sergey Botkin (rus həkimi, alim, ictimai xadim):

“Siqaret çəkməsəydim, daha 10-15 il yaşayardım”.

Uilyam Şekspir (britaniya yazıçısı və dramaturqu):

“Siqareti tərgitdikdən sonra artıq tutqunluq və narahatlıq hiss etmirəm”.

Aleksandr Düma (fransız yazıçısı, dramaturqu və jurnalisti):

“Bir neçə ildir imtina etdiyim tütün, məncə, alkoqolla birlikdə zehni fəaliyyətin ən təhlükəli düşmənidir”.

Onore de Balzak (fransa yazıçısı)

"Siqaret qadında analığın müqəddəs odunu söndürür və onun içində yavaş intiharın cəhənnəm alovunu yandırır."

Allen Karr (britaniyalı tütünlə mübarizə fəalı, “Siqareti atmağın asan yolu” kitabının müəllifi):

“Siqaret boşluğu doldurmur, boşluq yaradır!”

Ueyn Maklaren (amerikalı kaskadyor, model, aktyor və rodeo iştirakçısı, 1970-ci illərdə məşhur tütün şirkətinin reklamçı siması olaraq tanınmışdır, həyatının sonunda isə tütünlə mübarizə üzrə ictimai hərəkata qoşulmuşdur, tütündən istifadə nəticəsində 52 yaşında ağciyər xərçəngindən dünyasını dəyişmişdir ):

“Məni məhv edən tütün insanlarin bütün gözəl və xeyir əməllərini külə döndərir”.