UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Vərəm və tütünçəkmə

Faktlar və təhlükələr

Vərəm epidemiyası

Vərəm çox təhlükəli və geniş yayılmış xəstəlikdir. Daha çox ağ ciyəri zədələyir və xəstə insandan sağlam insana hava-damcı yolu ilə keçir. Son zamanlar dünyada vərəmlə bağlı vəziyyət daha da ağırlaşıb.

2 milyarddan çox insan vərəm çöpü ilə yoluxub. 2013-cü ildə 9 milyon vərəmlə xəstələnmə halı qeydə alınıb. 2013-cü ildə 1,5 milyon insan vərəmdən ölüb.

Vərəmlə tütünçəkmə arasında güclü əlaqə mövcuddur!

Vərəmin inkişafı üçün şərait yaradan vacib amillərdən biri tütünçəkmədir. Həm aktiv, həm də passiv tütünçəkmə nəinki vərəmin inkişafına şərait yaradır, o həm də vərəmli xəstələrin müalicəsini çətinləşdirir, vərəmin təkrar əmələ gəlməsi riskini artırır, eləcə də vərəm xəstəliyinin gedişatını ağırlaşdırır.

Diqqət:

Sosial-iqtisadi faktorlardan asılı olmayaraq tütünçəkmə vərəmin inkişafı və vərəmdən ölüm riskini xeyli yüksəldir. Ümumi vərəmlə xəstələnmə hallarının 20 %-dən çoxu tütünçəkmə ilə əlaqəli ola bilər. Tütünçəkmə ağ ciyərləri zədələyir və tütünçəkənləri vərəm infeksiyasına daha dav həssas edir.

Tütün epidemiyası

Tütünçəkmə dünyada qarşısı alına bilən əsas ölüm səbəblərindən biridir. Tütün məmulatı yeganə leqaln istehlak malıdır ki, onun təsirinə məruz qalan hər kəsə zərər gətirə və ondan istifadə edənlərin təxminən yarısını öldürə bilər.

1 milyarddan çox insan tütün çəkir. Tütün istehlakı səbəbindən hər il 6 milyon insan dünyasını dəyişir. Əgər lazımi tədbirlər görülməsə, 2030-cu ilədək tütün epidemiyası hər il 8 milyon insanın həyatına son qoyacaq. Tütünçəkmə insanın immun sistemini zəiflədir, buna görə də tütün çəkənlərin orqanizmi vərəm infeksiyası ilə mübarizə apara bilmir. Tütünçəkmə vərəm əleyhinə müalicənin effektivliyini azaldır, bununla da vərəmin uzun müddət davam etməsinə və daha ağır formalarının yaranmasına səbəb olur.

Tütünçəkmə vərəmə yoluxma riskini artırırmı?

Tütün çəkənlərdə vərəmin gizli formasının yaranma ehtimalı tütün çəkməyənlərə nisbətən 3 dəfə çoxdur. Yoluxma riski həm də tütünçəkmənin müddətindən və miqdarından asılıdır.

Tütünçəkmə vərəmin aktiv formasının inkişafı riskini yüksəldirmi?

Tütünçəkmə vərəmin gizli formasının aktiv formaya keçməsini tütün çəkməyənlərlə müqayisədə 2-3 dəfə artırır. Həm də vərəmli xəstələr arasında ölüm riskini 6 dəfəyədək artırır. Hətta vərəm xəstəliyindən sağalan insanlarda vərəmin aktiv formasının təkrar yaranma riski tütün çəkənlərdə 3 dəfə yüksəkdir.

Vərəmin gizli forması ilə xəstə olan insan tütün çəkirsə, nə etməli?

Tütünçəkmədən imtina etmək vərəmin aktiv formasının yaranmasından qorunmaq üçün ən yaxşı üsullardan biridir. Tütünçəkməni  tərgitmək nəinki vərəm xəstəliyinin yaranma riskini azaldacaq, həm də vərəmin gizli formasının müalicəsində kömək edəcək.

Əgər insanda vərəm xəstəliyi varsa və o, siqaret çəkirsə, nə etməli?

Tütünçəkmə ciddi xəstəliklərlə və bu səbəbdən ölüm hallarının artması ilə əlaqəlidir. Əgər insana vərəm diaqnozu qoyulubsa, tütünçəkməni tərgitmək ən yaxşı addımdır. Tütünçəkmədən  imtina etməklə vərəm səbəbindən baş verən hər 5 ölüm halından birinin qarşısı alına bilər. Tütünçəkmədən imtina etdikdən sonra immun sistemində yaranan problemlərin əksəriyyəti tamamilə yox olur.

Ətrafa yayılsn ikincili tütün tüstüsünün təsirinə məruz qalma vərəmə yoluxma riskini yüksəldirmi?

Ətrafa yayılan ikincili tütün tüstüsünün təsirinə məruz qalma uşaqlar və böyüklər arasında vərəmə yoluxma riskini və aktiv vərəm formasının inkişafı riskini yüksəldir. Mənzildə siqaret çəkən vərəmli insanlar öz sağlamlıqlarını təhlükə altına qoymaqdan əlavə, ailələrini də vərəmə yoluxma riskinəm məruz qoyurlar. Ona görə də mənzilin tütün tüstüsündən azad olması vacibdir.

Vərəmlə xəstələnmə riskini azaltmaq üçün tütünçəkmədən imtina etmək zəruridir! Tütünçəkmədən imtina etmək vərəmin profilaktikasının ən vacib şərtidir!