UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Tütündən istifadənin sağlamlığa və iqtisadiyyata vurduğu zərəri nələrdir?

Dünya Bankı Qrupunun tütün məmulatları ilə mübarizə sahəsində fəaliyyəti Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıqda, Bill və Melində Qeyts Fondu və Blumberq Fondunun dəstəyi ilə həyata keçirilir.

Tütünçəkmə Dünyada Qarşısı alına bilən xəstələnmə və ölümün əsas səbəbidir. 22% Yer kürəsi əhalisinin 22%-dən çoxu tütün çəkir. Dünyada 1.3 milyard tütünçəkənin təxminən 80 %-i aşağı və orta gəlirli ölkələrdə yaşayır. Tütünçəkmədən hər il daha çox insan ölür, nəinki ümumi olaraq İİV/QİÇS, vərəm və malyariyadan.

Tütün epidemiyası dünyada sağlamlığa təsir edən ən böyük təhlükələrdən biridir: o, hər il təxminən 6 milyon insanın həyatına son qoyur, onlardan 5 milyondan çoxu birbaşa tütün məmulatlarından istifadə edən aktiv tütünçəkənlər, 600 mindən çoxu isə ətrafa yayılan tütün tüstüsünün  təsirinə məruz qalan  siqaret çəkməyənlərdir.

Tütün insanın demək olar bütün orqanlarında müxtəlif xəstəliklər yarada bilər. Tütünçəkmə xroniki xəstəliklər və vaxtından əvvəl ölümlə nəticələnməklə ümumi olaraq işçilərin məhsuldarlığını və əmək fəaliyyətinin müddətini qısaldır. Tütünçəkmənin  ümumi iqtisadi zərəri il ərzində 1.4 trilyon ABŞ dollarından çoxdur ki, bu da dünyanın illik ümumi daxili məhsulunun (ÜDM) 1,8%-nə bərabərdir.

Tütünlə mübarizə hamıya, yoxsul əhali təbəqəsinə isə xüsusilə faydalı təsir edir.

İstehlakda dəyişikliklər

Tütün vergiləri və siqaretlərin  qiymətləri  artıqda varlı təbəqə ilə müqayisədə yoxsul insanlar daha böyük  ehtimalla tütündən imtina edəcəklər.

Davamlı İnkişaf Məqsədləri (DİM) ölkələri 2030-cu ilədək qeyri-infeksion xəstəliklərdən ölüm hallarının 30% azaldılmasına çağırır. Gənc yaşlarında tütün çəkməyə başlamış insanlar 40 yaşadək tütündən imtina etsələr, onların tütünçəkmə səbəbindən yaranan vaxtından əvvəl ölüm riski 90%-dək azala bilər. 50 yaşadək tütündən imtina edən insanlar üçün vaxtından əvvəl ölüm riski yarıdan çox azala bilər. Tütünlə əlaqəli ölüm hallarının qarşısının alınması qeyri-infeksion xəstəliklərin yayılmasının azalması deməkdir və bizi DİM-ə nail olmağa yaxınlaşdırır.

Tütün vergilərinin artırılması

Səhiyyə və İqtisadiyyat üçün qarşılıqlı fayda. Tütün vergilərinin artırılması tütündən istifadəni azaltmağa və əhalinin sağlamlığının yaxşılaşdırılmasına, eləcə də bütün əhaliyə fayda verən prioritet investisiya sahələrinin və proqramlarının maliyyələşdirilməsi üçün istifadə edilə bilən dövlət gəlirlərinin artmasına şərait yaradır.

Dünyanın bütün ölkələrində  20 ədəd siqaretdən ibarət 1 siqaret qutusunun tütün vergisinin 1 beynəlxalq dollar həcmində artırılması ilə siqaretlərin orta pərakəndə satış qiyməti 42% (3.20-dən 4.55 beynəlxalq dollaradək) və tütün məmulatlarından vergi gəlirləri 47% (402 milyarddan 593 milyard beynəlxalq dollaradək) çoxala bilər. Bu da 190 milyard beynəlxalq dollar həcmində əlavə gəlir əldə etməyə imkan verə bilər.

Çində təzəliklə keçirilmiş bir araşdırmanın hesablamalarına görə, aksiz vergiləri sayəsində tütün məmulatlarının qiymətlərinin 50 % artırılması əhalinin ümumi həyat davamiyyətini 231 milyon il artıra və tütündən istifadə ilə əlaqəli xəstəliklərin müalicə xərclərini 24 milyard ABŞ dollarınadək azalda bilər.

Ölkələr tütün vergilərinin artırır, lakin...

Dünyada siqaretlərin qiyməti hələ də çox aşağıdır. Yalnız 33 ölkədə vergilər bir siqaret qutusunun pərakəndə satış qiymətinin istehlaka təsir etmək üçün tövsiyə edilən 75 % vergi dərəcəsindən yüksəkdir.

Filippin 2012-ci ildə Filippində tütün vergiləri artırılmış və sadələşdirilmişdir. Filippində böyüklər arasında tütünçəkmə 2008-ci ildə 31%-dən 2015-ci ildə 23.3%-dək azaldı. İlk üç il ərzində yığılan “günah vergisi” sayəsində toplanan 3.9 milyard ABŞ dolları həcmində əlavə gəlirin təxminən 80%-i tütün məmulatlarının payına düşür. Əvəzinə dövlət tərəfindən tibbi sığorta haqları ödənilən ailələrin sayı 2012-ci ildə 5,2 milyondan 2015-ci ildə 15,3 milyonadək artdı. Ukrayna 2008-2017-ci illər: tütün aksizlərinin qaldırılması siaysətinin nəticələri.

Siqaret aksizlərinin orta göstərici: 10 dəfədən çox artma

Tütün aksizlərindən əldə edilən illik gəlir: 6 dəfə artma

Siqaret satışı: 40% azalma

Gündəlik tütünçəkmənin yayılması: 28% azalma

Qiymətləndirmələrə əsasən, tütün vergilərinin son artımı sayəsində vergi yığımlarının həcmi ÜDM-in 2016-cı ildəki 1.5%-i ilə müqayisədə 2017-ci ildə 1.7%-dək çatdırıla bilər. Hesablamalara görə, tütün vergilərini artırmaqla 2035-ci ilədək tütünçəkmə ilə əlaqəli 125 mindən çox yeni xəstələnmə hallarının, təxminən 30 min vaxtından əvvəl ölüm hallarının, eləcə də 260 mindən çox ömür illərinin itirilməsinin qarşısını almaq mümkündür.

Bəzi ölkələrdə tütün vergilərinin artırılması daha geniş maliyyə islahatların tərtib hissəsidir. Tütün vergisinin 2016-cı ildə artırılması 2017-2018-ci illərdə tütün məmulatlarının qiymətlərinin üç dəfə yüksəlməsi ilə nəticələnəcək; sonrakı illərdə inflasiya səviyyəsinə görə illik düzəlişlər ediləcək və vergi dərəcələri sanksiyalarla artırılacaq. Hesablamalara görə, tütün vergisindən əldə ediləcək əlavə gəlir 2022-ci ilədək 350 milyon ABŞ dolları olacaq; eyni zamanda bu vergi səhiyyə göstəricilərinin yaxşılaşmasını da təmin edəcək.

Tütündən istifadənin artan yükü ilə mübarizə məqsədilə Cənubi Afrika Gömrük İttifaqının tətbiq etdiyi pərakəndə qiymətinin 39%-i həcmində olan tütün məmulatlarının vahid regional aksizinə əlavə olaraq 2014-cü ildə Bostvana hökuməti tütün məmulatlarına 30%-lik yığım təyin etdi. Bu əlavə yığımdan əldə edilən gəlirlər, qeyri-infeksion xəstəliklərin profilaktikası və mübarizəsinə xüsusi diqqət yetirməklə, sağlamlığın yaxşılaşdırılması üzrə ümumi tədbirlərin aparılması üçün nəzərdə tutulur.

Hesablamalara görə, tütün vergisinin artırılması 2017-2019-cu illərdə ÜDM-in təxminən 1.5%-nə bərabəfr daxilolmalarla təmin edəcək (əvvəllər onlar ÜDM-in 1 %-indən az idi). Bu isə dövlətin büdcə potensialını artıra və QİX riskini azalda bilər.

İrimiqyaslı və sürətlə hərəkət edin.

İlk növbədə vergi strategiyaları sağlamlıqla bağlı nailiyyətlərin əldə edilməsinə, sonra isə büdcənin doldurulmasına istiqamətləndirilməlidir. Bu da artıq erkən mərhələdən tütün vergilərinin əhəmiyyətli dərəcədə artırılması deməkdir.

Qiymətlərə zərbə vurun.

Effektiv strategiyalar vergi dərəcələrinin ilkin mərhələdə əhəmiyyətli artması ilə yanaşı, onların inflasiya və adambaşına düşən gəlirin yüksəlməsinə görə tənzimlənməsi məqsədilə vaxtaşırı artırılmasına əsaslanır.

Vəsaitlərin məqsədyönlü ayrılmasını təmin edin.

Vergilərin artırılması nəticəsində əldə edilən vəsaitlərin strateji əhəmiyyətli məqsədlər üçün ayrılması əhali tərəfindən vergilərin  artırılmasının dəstəklənməsinə kömək edə bilər.

Alyanslar təşkil edin.

Tütün sənayesinin təsirinə qarşı mübarizə üçün elmi dəlillərdən və müxtəlif ölkələrin təcrübəsindən istifadə etmək, eləcə də beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin dəstəyi ilə effektiv siyasətin işlənib hazırlanması üçün Maliyyə və Səhiyyə Nazirliklərinin və digər dövlət qurumlarını cəlb etmək vacibdir.