Tütünçəkmə

Hər kəsə məlumdur ki, bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha yaxşıdır. Bu anlayışı yeniyetmələr arasında siqaret probleminə də aid etmək olar. Uşağı nikotini dadmağa sövq edən birinci  hal maraq, ikinci hal isə bu marağın həyata keçməsinə şərait yaradan siqaretin olmasıdır. Bəlkə də, təəccüblənəcəksiz, amma qeyri-rəsmi statistikaya görə, ilk siqaret çəkmə təcrübəsi daha çox dostlardan deyil evdə, valideynlərin siqaret çəkməsi nəticəsində uşaqlarda siqaretə marağı və həvəsi artıraraq  sövq edir.Beləliklə, özləri bu pisliyə meylli olan valideynlərin uşağın siqaret çəkməsinə qarşı mübarizə aparması, hətta daha çox bu asılılığın yaranmasının qarşısını almaq praktiki olaraq mümkün deyil. Beləliklə, uşağı pis vərdişlərdən uzaq saxlamağın yarı yolu valideynlərinin özlərinin pis vərdişlərdən uzaq olmasına bağlıdır.

MƏQALƏLƏR
ÇAP MATERİALLARI
VİDEOLAR
TEZ-TEZ VERİLƏN SUALLAR

Tütün tüstüsü ilə nəfəs alan uşağın sağlamlığında hansı problemlər yarana bilər?

Körpələr və uşaqlar ikincili tütün tüstüsünə məruz qaldıqları zaman qulaq infeksiyası, pnevmoniya, astma tutmaları kimi xəstəliklərdən daha çox əziyyət çəkirlər. İkincili tüütn tüstüsünə məruz qaldığı halda yeni doğulmuş uşağın körpəlik dövründə ölüm ehtimalı yüksəkdir.

Hamiləlik zamanı tütünçəkmə uşaqda hansı fasadlara səbəb ola bilər?

Hamiləlik zamanı tütünçəkmə əlavə olaraq vaxtından əvvəl doğuşa, anadangəlmə qüsurla uşağın doğulması və hətta körpənin ölümünə səbəb ola bilər.

Gündə 1-2 ədəd siqaret çəkmək sağlamlığa  daha az ziyanlı təsir edir. Bu doğrudur?

Tütün tüstüsü ağciyər xərçənginin əmələ gəlməsinin əsas risk amillərindəndir və ürək-damar xəstəliklərin inkişafına səbəb olur. Az siqaret çəkmək o demək deyil ki, sağlamlığa zərər dəymir. Sübut edilmişdir ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur, bunlardan 250-si xüsusi təhlükəli zəhərli maddə və 70-i xərçəng xəstəliyi yaradan hesab edilir.

Siqareti tərgitməyə çalışan şəxs niyə əsəbi və gərgin olur?

Nikotin sakitləşdirici bir vasitə kimi sinir hüceyrəarası informasiya axınının qarşısını alır. Tütünçəkənin sinir sistemi nikotinə uyğunlaşdığından tütünə tələbi daha çox artır. Bu da öz növbəsində tütünçəkənin qanında nikotinin miqdarını artırır. Zamanla, tütünçəkəndə nikotinə qarşı tolerantlıq (dözümlülük) inkişaf edir. Əvvəllər az miqdar nikotindən alınan təsiri əldə etmək üçün daha çox nikotin istifadəsi vərdişinə tolerantlıq deyilir. Bir müddət tütündən istifadə edən şəxs tütünçəkməni təxirə salarsa o əsəbi, acıqlı və gərgin olur. Tütün çəkdikdə narahatçılıq, əsəbilik və bu kimi xoşagəlməz hisslər müvəqqəti keçir.

Nikotindən imtina sindromu zamanı yaranan hallar hansılardır?

* Döş qəfəsində ağırlıq və ya diskomfort hissi (Sinədə sıxılma
hissi)
* Baş gicəllənmə
* Baş ağrıları
* Depressiya
* Diqqəti cəmləşdirmə problemi
* Tütün istəyi
* Tərləmə
* Yuxu pozulması
* Ürək ritminin yavaşlaması (bradikardiya)
* Məyusluq və qəzəb hissi
* Həyəcan
* Səbirsizlik
* Qıcıqlanma
* Ağız yaraları
* Yorğunluq
* Öskürək, ağız quruluğu, boğaz ağrısı, burun suyunun axması
* İştahanın artması / bədən çəkisinin artması
* Qəbzlik və meteorizm