VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Passiv tütünçəkmə qlobal problemdir

Ətraf mühit tütün tüstüsü- yandırılmış və ya qızdırılmış tütündən əmələ gələn havadakı maddələri əhatə edir. Məruzqalma tütünü dayandırdıqdan sonra da davam edir, ikinci və üçüncü əl tüstüləri də bura daxildir.

Passiv (ikinci əl) tütünçəkmə - tütün məhsullarının aktiv şəkildə yanmasından əmələ gələn tüstülər bura aiddir.

Kənar tütün tüstüsü – tütün və ya üfürmələr arasında əlavə əşyaların yandırılması nəticəsində yaranır.

Əsas tütün tüstüsü – Əsas tüstü üfürmə zamanı ağız boşluğunda yayılır, sonra tütün çəkən şəxs tərəfindən xaric olunur.

Üçüncü əl tütün çəkmə - havada yenidən asılmış hissəciklərə aiddir. Mənbələrə mebel, geyim və tütün çəkənlərin nəfəsi daxildir.

Tütün birbaşa çəkilə və ya tüstünü tənəffüs sisteminə ötürmək üçün qızdırıla bilər.  Elektron nikotin ötürən avadanlıqlar və elektron siqaret istifadəsi bir çox ölkələrdə sürətlə artmaqdadır. Sintetik nikotin müxtəlif miqdarda bu cür başqa məhsullara əlavə olunmaqla yüksək risklərə yol açır. Nizamlamalar heç də həmişə bu məhsulların istifadəsinə ayaq uydurmur, bu səbəbdən nikotin istifadəçiləri bu məhsulların istifadəsi zamanı tez-tez siqaretçəkmə limitini keçirlər. Buxar ətraf mühitə ifraz olunur və başqaları ətraf mühit çirklənməsiylə “ikinci-əl buxar”-ına məruz qalır.

İnkişaf zamanı məruz qalma yollarına üç əsas forma daxildir.

  • Prenatal məruz qalmalar ananın siqaret çəkməsi və ya ananın PTÇ-ə məruz qalmasından ibarətdir
  • Doğuşdan sonra ikincili məruz qalma inhalyasiya və ya ana südü ilə qəbul olunmaqla baş verə bilər
  • Uşaqların özləri tütündən istifadə etdikdə ilkin məruzqalma baş verə bilər.

Tütün tüstüsünün tərkibi

Bu kimyəvi maddələrdən bəziləri digər zəhərli mühitlərdə tapıla bilər, məsələn:

  • Sirkə turşusu: sirkədə
  • Ammonyak: yuyucu vasitədə
  • Arsen: zəhərdə
  • Butan: alışqanlarda
  • Kadmium: batareyalarda
  • Karbon monooksid: işlənmiş qazda
  • Heksamin: manqal üçün başlanğıclarda
  • Metan: kanalizasiya qazında
  • Metanol: raket yanacağında
  • Nikotin: insektisiddə
  • Boya
  • Stearin turşusu: şam mumunda
  • Toluol: sənaye həlledicisində

Tütün 2017-ci ildə 7.1 milyon insanın ölümünə səbəb olmuşdur. Təkcə PTÇ həmin il ərzində 1.22 milyon insanın ölümünə səbəb olub, beş yaşdan kiçik uşaqlarda 61.348 , 20 yaşdan kiçik uşaqlarda isə 66.455 ölüm  qeydə alınmışdır.

Hamiləlik zamanı məruz qalmanın təsirləri

Mənfi doğum nəticələri

↑ abort

↑ ölü doğum

↑ vaxtından əvvəl doğum

↑ dölün azçəkili doğulması

↑ anadangəlmə anomaliyalar

 Sonrakı təsirlər

ağciyər funksiyası

↑ xırıltı

↑astma

↑xroniki obstruktiv ağciyər xəstəlikləri (XOAX)

Tütün çəkməyən anaların PTÇ-yə məruz qalması mənfi doğum nəticələri riskini artırır. Ölü doğum riskinin 23% artdığı aşkar edilmişdir. Prenatal PTÇ-yə məruz qalma ilə anadangəlmə anomaliya riski 13% artır; bunlara ürək və ətrafların kiçilməsi, böyrək/sidik yolları, həmçinin dovşandodaqlıq və qurdağızlıq kimi qüsusrlar daxildir. Prenatal PTÇ-yə məruz qalma, həmçinin, həyatın sonrakı illərində zərərli təsirlərini göstərir.

Postnatal məruz qalma riskləri

↑ qəfləti körpə ölümü sindromu 2 dəfə

↑ kəskin respirator xəstəliklər 60%

↑ xroniki tənəffüs simptomları 24 – 40%

↑ astma və astma simptomlarının kəskinləşməsi 21%

↓ ağciyər böyüməsi və funksiyası

↑ residiv verən orta qulaq iltihabı (təkrarlanan qulaq infeksiyası) 1,5 dəfə

↑ qurdağızlıq 60-100 %

↑ neyrodavranış çatışmazlıqları

↑ neyroinkişaf çatışmazlıqları

↑ uşaqlarda xərçəng

Qəfləti Körpə Ölümü Sindromu (QKÖS)

Qəfil körpə ölümü sindromu, autopsiya zamanı hər hansı ölümcül xəstəlik sübutu olmadan körpənin qəfil, gözlənilmədən ölümü kimi müəyyən edilir. Hamiləlik dövründə ananın aktiv siqaret çəkməsi ani körpə ölümü sindromu üçün müəyyən edilmiş risk faktorudur.  PTÇ-ə məruz qalma ilə bağlı ehtimal edilən mexanizmlər:  İkinci əl tütün tüstüsü tənəffüs yollarının birbaşa qıcıqlanmasına və tənəffüs yolu infeksiyasına səbəb olur. Nikotinə məruz qalma körpənin hipoksiyaya reaksiyasını dəyişə bilər (ürək-tənəffüs fəaliyyətinə nəzarətin pozulması). Nikotinə məruz qalma körpənin katexolamin mübadiləsini dəyişə bilər (katekolaminlər hormon və ya neyrotransmitter kimi fəaliyyət göstərir). Tənəffüs sistemi üçüncü trimestrdə alveolyar inkişafın başlaması ilə prenatal dövrdə formalaşır. Körpənin alveolları doğulanda böyüklərin alveollarının 30-50%-ni təşkil edir. Alveolyar inkişaf həyatın ilk iki ilində sürətlə baş verir. P ağciyərlərin fəaliyyətinə mənfi təsir göstərə bilən yoluxucu tənəffüs infeksiyaları riskini artırır. Hamiləlik zamanı ananın siqaret istifadə etməsi dölün tənəffüs yollarına qalıcı təsir göstərə bilər. Böyük yaşlı uşaqlar arasında aktiv siqaret çəkmə ağciyərlərin fəaliyyətini azaldır.

Postnatal məruz qalma astma

↑ Tütün çəkən valideynləri olan uşaqlarda kliniki astma diaqnozu

  • Ananın tütün çəkməsi > atanın tütün çəkməsi
  • Həyatın ilk 5-7 illərində daha güclü təsir edir

Valideynlərin tütün çəkməsi xəstəliyin şiddətini artırır:

  • Kəskinləşmələrin tezliyi və şiddəti
  • Təcili yardım müraciətləri
  • Dərman istifadəsi
  • İnvaziv ventilyasiya tələb edən ağırlaşmalar

PTÇ tüstüsü ağciyərləri qıcıqlandıraraq iltihabi dəyişikliklər yaradaraq kəskin respirator xəstəliklərin şiddətini artıra bilər.

  • PTÇ tüstüsü hissəcikləri kiçik olub tənəffüs yollarına ağciyərin alveollarına nüfuz edə bilir.
  • PTÇ tüstüsünün qaz komponentləri ağciyərlərin müdafiə sistemlərinə, yəni, kirpiklərə, makrofaqların funksiyasına immun reaksiyaya mənfi təsir göstərə bilər.

Postnatal məruz qalma orta qulaq infeksiyası

Yevstax borusunun disfunksiyası:

  • Orta qulaq xəstəliklərinin inkişafında əsas yer tutur

PTÇ Yevstax borusunun disfunksiyasına səbəb olur:

  • ↓ Mukosiliar klirens (tənəffüs yollarının özünü təmizləmə mexanizmi)
  • ↑ Adenoid hiperplaziyası
  • ↑ Selikli qişanın şişməsi
  • ↑ Üst tənəffüs yollarının infeksiyalarının tezliyi

Valideynlərin tütün çəkməsi orta qulaq xəstəlikləri ilə əlaqəlidir:

  • Xəstəliyin tezliyinin artması
  • Xəstəliyin şiddətinin artması

Postnatal məruz qalma neyrodavranış neyroinkişaf nəticələri

Bioloji cəhətdən uyğun olan mexanizm:

  • Ətraf mühitdə məruz qalma tütün çəkən ananın bətnində məruz qalmaqdan daha təhlükəli ola bilər

Məişət tütünçəkməsi

  • Akademik performansı/göstəricini azaldır
  • İdrak, qavrama, eşitmə və nitq qabiliyyətini azaldır
  • Hiperaktiv davranışları artırır
  • Prenatal və postnatal məruz qalmanın təsiri

Postnatal məruz qalma ana südü ilə qidalanma

Tütünün ana südü ilə qidalanmaya mənfi təsiri:

  • Keyfiyyət və kəmiyyətinə
  • İstehsalın azalması

oAna südü ilə qidalanma müddətinin daha qısa olması

oDozadan asılı olaraq uzun zəncirli yağ turşularının azalması

oTütün çəkən analarda ana südü nikotini  ananın serumundakı nikotindən 2 dəfə çoxdur

  • Körpəyə mənfi təsirlər:

oArtan kolik və ağlama

oYuxunun azalması

Ümumi tövsiyələr

  • Ana südünə təsir göstərdiyi üçün əmizdirmə zamanı tütündən çəkinin
  • Ana südü ilə qidalanma körpələr üçün ən yaxşı qida mənbəyidir: Tütünü tərgidə bilməyən südverən analar övladlarının yanında heç vaxt tütün çəkməməlidirlər.

Zəhərlənmə ilə bağlı Milli Məlumat Sistemi Tədqiqatında nikotin və tütün məmulatına məruz qalmanın klinik təsirləri əks etdirilir. Qusma ən çox rast gəlinən klinik təsir olub, məruz qalmaların 22% -ində müşahidə edlmişdir. Ürək dayanması, koma, qıcolma, tənəffüs dayanması da daxil olmaqla daha az yayılmış ciddi klinik təsirlər isə  üç yaşdan kiçik uşaqlarda müşahidə edilmişdir.

Uşaqlara klinik təsirləri: Tütün çəkmək

Tütün çəkən uşaqlar:

  • Spirtli içkidən istifadə etmə ehtimalı daha yüksəkdir
  • Küçə narkotiklərindən istifadə etmək ehtimalı daha çoxdur
  • Riskli davranışlar nümayiş etdirmək ehtimalı daha yüksəkdir

Risklərə daxildir:

  • Ömür qısalması
  • Nəfəs darlığı
  • Fiziki qabiliyyətin itirilməsi
  • Bəlğəm istehsalının artması və ağızda xoşagəlməz qoxu
  • Yetkinlərdə tütünçəkmə ilə bağlı xəstəliklər

 Siqaret çəkən uşaqlar siqaret çəkən yetkinlərin üzləşdiyi bütün sağlamlıq problemləri ilə üzləşirlər. Tütün istifadəçilərinin əksəriyyəti 18 yaşından əvvəl istifadəyə başlayır, yeniyetmələr böyüklərdən daha tez nikotinə aludə olurlar. Siqaret çəkən uşaqlarda həyatın sonrakı dövrlərində xəstəlik riskləri çox olur, tütün istifadəsi demək olar ki, orqanizmdəki bütün orqanlara təsir göstərir.

 İlkin profilaktika

Hamiləlikdən əvvəl başlanmalıdır:

Həyat tərzinin nəzərdən keçirmək və məsləhətləşmək

  • Təhsil
  • İstehlak tərzi
  • Əlaqələr

Stressin idarə edilməsi