VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Beynəlxalq təcrübə

2005-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə beynəlxalq səviyyədə danışıqlar aparıldı və nəticədə tərəf ölkələrdən tütünlə mübarizəyə hərtərəfli yanaşmağı tələb edən Tütünə qarşı Mübarizə haqqında Çərçivə Konvensiyası (TMÇK) müqaviləsi imzalandı. Müqavilə tütün məmulatlarına tələbatın azaldılması, o cümlədən vergilər hesabına qiymətlərin artırılması, xəbərdarlıq etiketləri, ictimai maarifləndirmə təşəbbüsləri, satışın stimullaşdırılmasının məhdudlaşdırılması və tütündən imtina proqramlarına yönəldilən sistematik tədbirləri əks etdirir. TMÇK-nın 13-cü Maddəsi tələb edir ki, “hər bir Tərəf öz konstitusiyasına və ya konstitusiya prinsiplərinə uyğun olaraq, tütün məmulatının reklamına, satışının stimullaşdırılmasına və sponsorluğuna tam qadağa qoyur.”  TMÇK tütün məmulatlarının göstərilməsinə reklamın bir növü kimi baxır:

Tütün məmulatlarının göstərilməsi satışı və  tütündən istifadəni stimullaşdırır, o cümlədən tütündən istifadənin sosial qaydada qəbul oluna bilən təsəvvürünü yaradaraq və tütündən istifadə edənlərin tərgitməsini çətinləşdirərək məhsulun dərhal alınmasına stimullaşdıran üsullarından biridir. Gənc insanlar vitrinlərin stimullaşdırıcı təsirinə xüsusilə həssasdırlar. . . .

Tərəflər ticarət yerlərində tütün məmulatlarının görünüşünə və istənilən təsvirinə tam qadağanı tətbiq etməlidirlər. . . .

Bu müqaviləyə 168 tərəf ölkə, o cümlədən Böyük Britaniya, Kanada, Avstraliya, Yaponiya və Çin qoşulmuşdur.  (Baxmayaraq ki, ABŞ TMÇK-nı imzalayıb, Senat onu ratifikasiya etmədiyinə görə, o hələ də müqavilənin Tərəfi deyil.) Tütün məmulatlarının göstərilməsi qadağalarının TMÇK-ya daxil edilməsi tütün vitrinlərinin təsirinin məhdudlaşdırılmasına geniş beynəlxalq dəstəyi əks etdirir.

Beynəlxalq səviyyədə qərarlar

Beş ölkədə tütün məmulatlarının göstərilməsi tam qadağan edilib: İslandiya, Kanada (hökumət yox, hər bir əyalət tərəfindən qadağalar qəbul edilib), Tailandda, İrlandiyada və Norveçdə. Bundan əlavə, demək olar ki, Avstraliyanın bütün ştatları və əraziləri tütün məmulatlarının göstərilməsini məhdudlaşdıran qanunlar qəbul etdi və bu qanunlar artıq Yeni Cənub Uelsdə (Avstraliyanın əhalisi ən sıx olan ştatı), Avstraliyanın paytaxt ərazisində və Qərbi Avstraliyada tətbiq edilir. İngiltərə, Uels, Şotlandiya, Şimali İrlandiya və Finlyandiya tütün məmulatlarının göstərilməsini məhdudlaşdıran qanunlar qəbul etdi, lakin bu qanunlar hələ də tətbiq edilmir. İlk dəfə tütün məmulatlarının göstərilməsi İslandiya Respublikasının qəbul etdiyi Tütünlə Mübarizə Qanunu ilə 2001-ci ildə məhdudlaşdırıldı. Həmin qanuna görə, “Tütün və tütünün satış markaları ticarət yerlərində elə yerləşdirilməlidir ki, istehlakçılar üçün görünməsin.” Növbəti belə qanun Kanadanın Saskatçevan əyalətində 2002-ci ildə tütün məmulatlarının göstərilməsinin məhdudlaşdırılması üçün qəbul edildi. Qanunda qeyd olunur ki, “Gənc insanların daxil olmaq hüququ olan prakəndə ticarət yerlərində tütün və tütünə aid məhsulların göstərilməsinə heç bir pərakəndə satıcıya icazə verilmir.” Kanadanın Rothmans, Benson və Hedges tütün şirkətləri qanuna qarşı məhkəmə iddiası qaldırdılar və 2005-ci ilin yanvar ayında Kanadanın Ali Məhkəməsinin qərarı ilə yekdilliklə qüvvədə saxlanılmayanadək qanunun icrası müvəqqəti dayandırıldı.  Ali Məhkəmənin qərarından dərhal sonra Manitoba və Nunavutöz anoloji qanunlarını icra etməyə başladı və Kanadanın digər əyalətləri 2005-2009-cu illər ərzində tütün vitrinlərinə qarşı öz qanunlarını qəbul etdi. 24 sentyabr 2005-ci ildə Tailand öz ticarət yerlərində tütün məmulatlarının göstərilməsinə tam qadağa qoydu. Lakin bu qadağa Tailandın “7-11” adlı ən böyük pərakəndə tütün satıcıları şəbəkəsinin müqaviməti ilə rastlaşdı. Qadağa qüvvəyə minəndən təxminən 2 ay ərzində “7-11” siqaret vitrinlərinin ləğv edilməsindən imtina etdi, lakin sonra etiraz qarşısında təslim oldu.  2008-ci ildə Avstraliyanın Paytaxt Ərazisi və Avstraliyanın Yeni Cənub Uels ştatı tütün məmulatlarının göstərilməsini qadağan edən qanunlar qəbul etdilər. Hər iki qanun 2010-cu ildə qüvvəyə mindi. Qərbi Avstraliya tütün vitrinlərini məhdudlaşdıran qanunu 2010-cu ilin sentyabrında qəbul etdi, Viktoriya, Canubi Avstraliya, Tasmaniya və Şimal Ərazi analoji qanunları 2011 və ya 2012-ci illərdə təsdiqlədilər. 2009-cu ilin iyul ayından başlayaraq İrlandiya tütün reklamını tam qadağan edir.  Onun qanunvericiliyi ticarət yerlərində hər hansı reklamı, o cümlədən tütün vitrinlərini qadağan edir. Norvec tütün məmulatlarının göstərilməsini məhdudlaşdıran son ölkə oldu, onun qanunu 1 yanvar 2010-cu ildə qüvvəyə mindi. İngiltərə, Uels,Şimali İrlandiya, Şotlandiya və Finlyandiyada tütün vitrinlərini qadağan edən qanunların qəbul edilməsi göstərir ki, belə qanunlar tez zamanda bütün Avropaya yayılacaq. Ölkələrin tütünün göstərilməsinin məhdudlaşdırılması üzrə müsbət təcrübəsinə əsaslanaraq Yeni Zelandiya kimi digər ölkələr hazırda oxşar qanunların qəbul olunmasını nəzərdən keçirirlər .Baxmayaraq ki, hər bir ölkə unikal hüquq sisteminə malikdir, bu sahədə ilk addımlar atan ölkələrdən öyrənilməli bir çox məqamlar mövcuddur. 

Tütün sənayesinin müqaviməti

Tütün vitrinlərinin məhdudlaşdırılması üzrə digər ölkələrin ən çox rastlaşdığı məqamlar tütün şirkətləri və pərakəndə tütün satıcıları tərəfindən uğursuz hüquqi çəkişmələr olub. Baxmayaraq ki, bəzi hüquqi problemlər hələ də davam  edir, indiyədək tütün sənayesi vitrinlərin qadağan edilməsinə qarşı heç nə edə bilməyib.Yuxarıda qeyd olunduğu kimi, Kanadanın ilk əyaləti Saskatçevan tütün məmulatlarının göstərilməsini məhdudlaşdırdı, Rothmans, Benson və Hedges qanuna qarşı iddia qaldırdı ki, əyalət qanunu federal qanununa ziddir. Baxmayaraq ki, apellyasiya məhkəməsi qanunun icrasını müvəqqəti dayandırdı, Kanadanın Ali Məhkəməsinin yekdil qərarı qanunun hüquqi çərçivədə olduğunu təsdiq etdi.  Ali Məhkəmə qərara aldı ki, əgər hökumət hələ tütün vitrinlərinə dair məsələyə baxmayıbsa, bu o demək deyil ki, əyalətlər bunu sərbəst edə bilməzlər. Digər yerdə tütün şirkətləri qanunların qüvvəyə minməsini dayandırmaq cəhdi ilə iddialar qaldırdılar, lakin uğusuz olduğundan öz iddialarından imtina etdilər. Məsələn, İrlandiyanın tütün vitrinlərinin məhdudlaşdırılmasına qarşı P.J. Carroll and Company, John Player and Sons Ltd., Gallaher (Dublin) Ltd. və digər şirkətlər iddia qaldırmışlar. Lakin məhkəmələr qanunun qüvvəyə minməsinin dayandırılmasından imtina etdilər və məhkəməyə bir həftə qalmış tütün sənayesi öz iddiasını geri götürdü. Son vaxtlarda Imperial Tobacco, British American Tobacco və Japan Tobacco birləşərək Birləşmiş Krallığın vitrinlərin qadağan edilməsi tələbinə qarşı iddia etdilər ki, bu halda “tütün qaçaqmalçılığı təşviq ediləcək və bunun kiçik biznesə mənfi təsir olacaq.”  Philip Morris 

həmçinin Norveçin tütün vitrinlərini məhdudlaşdıran qanununa qarşı iddia edəcəyini və həmin qanunun effektiv olmadığını bəyan etdi. Norveç Səhiyyə İdarəsinə başçılıq edən Bjoern-Inge Larsen qeyd etmişdir ki, “əgər Philip Morris həqiqətən hiss etsəydi ki, məhdudlaşdırma tütündən istifadəni azaltmayacaq, onlar bu qanun barədə narahat olmazdılar.” Mağazalar bəzən vitrinlərin məhdudlaşdırılmasına qarşı çıxaraq isbat edirdilər ki, mağazalarının qanuna uyğun modifikasiyası onların biznesinə son qoya bilər, vitrinlərə qadağalar isə istehlakçıları qaçırdaraq qaçaqmal hesab olunan və vergiyə cəlb olunmayan siqaretlər almağa vadar edər.

Bəzi hallarda belə pərakəndə satıcılar qrupları tütün şirkətləri tərəfindən ön plana çəkilirdi. Tütünə Nəzarət üzrə Saskatçevan Koalisiyasından olan Lin Grivs qeyd edir ki: Tütün Marketinqinə Cavadeh Saskatçevan Komitəsi məhz qanun qəbul edilməzdən əvvəl yaradıldı. Kasıb” marketlərə aid olmasını qeyd etmələrinə baxmayaraq Komitə yaxşı maliyyələşdirilir. Komitə satıcılarla faksla kampaniya keçirərək onları Qanunvericilik Assambleyasının üzvlərinə zəng edərək qanuna qarşı çıxmağa çağırdılar. Pərakəndə ticarət satıcıları qanunun qəbul edilməsindən sonra zərərli nəticələrlə üzləşəcəkləri barədə yanlış məlumatla təmin edildilər. Komitənin sədri etiraf edəndə ki, təşkilat tütün sənayesi koalisiyasının eyni adlı Kanadanın Tütün Marketinqinə Cavadeh Koalisiyasının alt-komitəsidir, Marketinq Komitəsi və tütün sənayesi arasında əlaqələrin olması şübhələri təsdiqləndi. 

Proqnozlaşdırılan “zərərli nəticələr”, o cümlədən aradan qaldırıla bilməz iqtisadi çətinliklər və  cinayətlkarlığın artması baş tutmadı.41  Növbəti fəsildə qeyd olunduğu kimi vitrinlər məhdudlaşdırılan ərazilərdə gənclər arasında tütünçəkməyə başlama azalmışdır və pərakəndə ticarət satıcıları qanun əleyhinə gedənlər tərəfindən deyilən heç bir ağır nəticələrlə üzləşmədilər.

Tütün məmulatlarının göstərilməsinin məhdudlaşdırılmasının təsiri

İslandiyada tütün məmulatlarının göstərilməsinin məhdudlaşdırılmasından sonra gənclər arasında tütünçəkmə göstəricisi azaldı. Baxmayaraq ki, vitrinlərin məhdudlaşdırılması effektini eyni zamanda tətbiq edilməyə başlayan digər tütünlə mübarizə tədbirlərindən ayırmaq mümkün deyil,  qanunun 2001-ci ildə tətbiqnə başlanmasından sonra 10-cu sinif şagirdləri arasında tütün istehlakının xeyli azalması müşahidə edilir.  Alkoqol və digər narkotik maddələr üzrə Avropanın Məktəb Tədqiqatı Layihəsi (“ESPAD”) 35 Avropa ölkəsinin 10-cu sinif (16 yaş) şagirdləri arasında sorğu keçirmişdir. ESPAD-ın seçməsi böyük olduğundan (İslandiyanın 80-90% 10-cu sinif şagirdləri) 1%-dən çox hər hansı dəyişkənlik statistik cəhətdən zəruridir. ESPAD-ın nəticələri tütün vitrinlərinin 2001-ci ildən məhdudlaşdırılmasına başlanılandan sonra tütünçəkmənin yayılmasının xeyli azalmasını göstərdi (1999-cu ildə 28%-dən 2007-ci ildə 16%-dək).44 Bu da yuxarıda qeyd edilən elmi tədqiqatların nəticələri ilə, o cümlədən 2004-cü ilin Henriksen tədqiqatı (“hər həftə və ya daha çox müddət pərakəndə tütün marketinqinin təsiri tütünçəkmə ehtimalını 50% çoxaldır”),45 2008-ci ilin Wakefield təqdiqatı (“ticarət məntəqələrində siqaret vitrinlərinin mövcudluğu, hətta siqaret reklamı olmadıqda belə, siqaretlərin asan əldə edilməsi və brendin yadda qalması barədə şagirdlərin  düşüncələrinə mənfi təsir göstərir, hər iki amil tütünçəkmə riskini artırır”) və 2009-cu ilin Paynter tədqiqatı (əksər hallarda 14-15 yaşlı yeniyetmələr siqaret vitrinlərinin təsirinə düşür və onlarda siqaret çəkmək ehtimalı yüksəkdir)47 ilə üst-üstə düşür. Eləcə də, çox guman ki, vitrinlərin məhdudlaşdırılması yeni nəsil uşaqların tütün vitrinlərininin və tütün reklamının təsiri olmadan böyüyəcəyinə görə gələcəkdə də yeniyetmələrin tütünçəkmə səviyyəsi azalmaqda davam edəcək. 

Kanadanın tütün vitrinlərinin məhdudlaşdırılması qanunu ilə bağlı uğurlu təcrübəsi İslandiyadakı ilə eynidir. Kanadanın Tütündən istifadənin monitorinqi tədqiqatı hər il keçirilir və Kanadada bütün yaş kateqoriyaları və əyalətlər üzrə tütünçəkmə səviyyəsini araşdırır. Məlumatlardakı meyillər aydındır - Kanadada gənclərin tütünçəkmə göstəricisi azalmışdır və vitrin məhdudiyyətləri daha uzun müddət tətbiq olunan əyalətlərdə azalma daha çoxdur (Saskatçevan və Manitoba).  Ümumiyyətlə, Kanadada 15-17 yaşlı uşaqlar arasında tütünçəkmə göstəricisi 2005-ci ildə 13.8%-dən 2008-ci ildə 9.7%-dək  azalmışdır (30%-dək azalma). Vitrinlərin məhdudlaşdırılmasına qarşı çıxış edən qruplar deyirdilər ki, qanunlar, xüsusilə də kiçik mağazalarda, xeyli iqtisadi çətinliklər törədəcək. Bu proqnoz reallaşmadı. Yeni Zelandiya Tibb Assosiasiyasının jurnalında dərc olunan yeni məqalə Kanada təcrübəsini ümumiləşdirdi: Kanadada satıcılar gəlirlərin azalmasını düşünürdülər. Lakin təcrübə göstərir ki, vitrinlərin məhdudlaşdırılması nəticəsində yaranan hər hansı ilkin maliyyə təsirləri, hətta siqaret satışından asılı olan kiçik mağazalarda cuzi idi. Tütün şirkətlərinin pərakəndə ticarət satıcılarına ödənilən vəsait vitrinlərin qadağan edilməsindən sonra da davam edirdi…

Hətta Kanadanın mağaza sənayesinin nümayəndələri qeyd etmişdirlər ki, vitrinlərin qadağan edilməsi onların üzvlərinə zərər gətirmədi.  Belə nəticə gözlənilən idi, çünki vitrinlərin məhdudlaşdırılması ilə gənclərin tütünçəkmə səviyyəsi azalsa da, hazırda çəkənlər siqaret almağa davam edəcəklər. Yeni Zelandiya Tibb Assosiasiyasının jurnalında dərc olunan məqaləyə görə “tütünçəkməyə cəhdlərdə, başlamada və ondan asılılıqda dəyişikliklər bir neçə ildən sonra aydın olacaq, bu zaman satıcılarda məhsulun assortimentini müxtəlif çeşidli etmək imkanı olacaq.”  Digər sözlə, tütünçəkmə səviyyəsi azaldıqca, pərakəndə ticarət satıcıları tütünlə bağlı gəlirlərdən asılılıqlarını azaltmağa çalışmalıdırlar. Tütün satılan kiçik mağazalar vitrinlərin məhdudlaşdırılması əleyhinə olduqlarını mağazanın yenidən qurulmasının baha olduğu ilə izah edirlər. Bundan başqa, təcrübə göstərir ki, bu problem əsassızdır. Çox hallarda pərakəndə ticarət satıcıları qanuna uyğunlaşmaq üçün hazırkı rəflərdə cuzi dəyişikliklər edirlər. Bəzi mağazalar bu yeni yerlərdə qida məhsullarının brendlərini yerləşdirərək cəlbedici reklam kimi istifadə etdilər.  Kanadada vitrin istehsal edən şirkətlər yeni qanuna uyğunlaşaraq  innovasiyalar tətbiq etdi - pərakəndə satıcılara sərfedici qiymətlərə qeyri-şəffaf konteynerlər və digər müvafiq üsulları təklif etdilər.  Əlavə olaraq, bəzi Kanada satıcıları qeyd edirlər ki, tütün şirkətləri onlar üçün müvafiq vitrinlər quraşdırdı ki, məhsulun satılmasına stimul olsun.  Bəzi satıcılar onların üzərinə düşən əlavə xərclərə görə şikayət etsələr də, qanuna uyğunlaşdırmaya görə minimal xərclər bu siyasətin üstünlükləri qarşısında cuzidir: uşaqların tütünlə əlaqəli xəstəlik və ölümdən mühafizəsi.