VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Zərərli vərdişlər / MƏQALƏLƏR
Tütündən istifadə qarşısı alına bilən əsas ölüm səbəbidir, il ərzində 400000-dən çox amerikalının və 25000-dən çox Nyu York sakininin həyatına son qoyur. Tütün normal istehlakçı məhsulu deyil - tütündən istifadə edildikdə, o öldürür. |
Tütündən asılılıq uşaqlıq dövründə başlayır - müntəzəm siqaret çəkənlərin təxminən 90%-i 18 yaşadək siqaret çəkməyə başlamışdır. |
Tədqiqatlar göstərir ki, tütün məmulatlarının göstərilməsi digər tütün reklamları olmadan da gənclərin siqaret çəkməyə başlaması ehtimalını artırır. |
Tütün vitrinləri tütündən istifadənin sosial cəhətdən məqbul (normal) və məşhur olması barədə gənclərdə yanlış düşüncə yaradır. |
Tütün şirkətləri öz məhsullarının vitrinlərini mümkün dərəcədə cəlbedici dizayn edir, bu vitrinlərə nəzarət və idarə olunması hüququnu qazanmaq üçün pərakəndə ticarət satıcılarına pul ödəyirlər. |
Tütün məmulatlarının göstərilməsi tütünçəkmədən imtina etməyə və ya az çəkməyə çalışan insanları məhsulun dərhal alınmasına həvəsləndirir. |
Beynəlxalq təcrübə göstərir ki, tütün məmulatlarının göstərilməsinin məhdudlaşdırılması gənclər arasında tütündən istifadənin azaldılması üçün effektiv vasitədir. |