Sağlam qidalanmaq – orqanizmin möhkəmlənməsinə, sağlam böyüməyə, müxtəlif xəstəliklərin qarşısını almağa istiqamətlənən faydalı qidalara üstünlük vermək deməkdir. Sağlam qidalanmaq şəkərli diabet, ürək xəstəlikləri, yüksək təzyiq, xərçəng də daxil olmaqla bir çox qeyri-infeksion xəstəliklərin (QİX) qarşısını alır. Qidalanmada tərkibi vitamin və minerallarla zəngin ərzaqlara üstünlük vermək lazımdır. Bu bölməni sağlam qidalanmaq üçün köməkçi vasitə kimi istifadə edə bilərsiz.
Çəkini azaltmaq üçün necə qidalanmaq lazımdır?
Piylənmənin qarşısını almaq üçün aşağıdakı tövziyələrə əməl edin
- Düzgün qidalanma vərdişi formalaşdırın
- Meyvə, tərəvəz, paxlalı bitkilərdən daha çox istifadə edin
- Qida rasionunda doymuş yağları doymamış yağlarla əvəz edin
- Şəkərin istifadəsini azaldın
- Gündə ən azı 60 dəqiqə fiziki aktivliklə məşğul olun
Gündəlik duz qəbulu nə qədərdir?
Ümumdünya Səhiiyə Təşkilatı (ÜST) gündəlik duz qəbulunun 5 qramdan (təxminən 1 çay qaşığı) az olmasını tövsiyə edir.
Trans yağlar hansılardır?
marqarin, qənnadı məmulatları, tortlar, peçenyelər, rafinə olunmuş bitki yağları, çipslər, popkorn, kartof fri, burgerlər, souslar, mayonez, ketçup və s.
- www.isim.az
- saglamliq.isim.az
- http://afsa.gov.az/az/home
- Mətbəxdə qida təhlükəsizliyi: kəsmə lövhələr
- Düzgün qidalanmanın əhəmiyyəti və ac qalmağın fəsadları
- Səhər yeməyinin faydaları
- Qablaşdırılmış su alarkən nələrə diqqət yetirmək lazımdır?
- Gün ərzində sağlam qidalandığınızı və gündə neçə kalori qəbul etdiyinizi bilmək istəyirsiniz? Onda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan bu mobil əlavə əsl sizin üçündür.