UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Sağlam qida / MƏQALƏLƏR

Kariyes

Dişlərin kariyesi (kod XBT-10 - К02) - sərt toxumalarının demineralizasiyası və yumşalması nəticəsində dişdə boşluq şəklində defektin yaranması ilə müşayiət olunan infeksion patoloji prosesdir. Karies mədə-bağırsaq sistemində problemlərə yol aça bilər. Dişdə kariesin olması orqanizmdə iltihabi proses də yarada bilər. Ona görə dişlərin sağlamlığna uşaqlıqdan diqqət etmək lazımdır. 

Kariyes üzrə tövsiyələr

  • Uşaqlar gündə iki dəfə dişlərini ftorlu diş pastası ilə fırçalamalıdır
  • Uşağa meyvə şirələri və çay da daxil olmaqla şirin, qazlı içkilər verilməməlidir
  • Şəkərin ümumi qəbulu azaldılmalıdır
  • Profilaktik konsultasiya almaq üçün mütləq stomatoloqun müayinəsi lazımdır