UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Sağlam qida / MƏQALƏLƏR
ÜST qeyd edir ki, şəkərin istifadəsi qida vasitəsi ilə qəbul olunan gündəlik enerjinin 10%-dən çox olmamalıdır. ÜST-nin araşdırmaları göstərir ki, gündəlik duz qəbulunu azaltmaqla hər il 2.5 milyon insan həyatını xilas etmək olar.
Yaddaş pozuntuları
Ürək-damar xəstəlikləri
Böyrək xəstəlikləri
Damarlarda problemlər
Baş ağrıları
Yaddaş pozuntuları
Ürək-damar xəstəlikləri
Görmə qabiliyyətinin zəifləməsi
Dişlərdə problemlər
Həzm pozuntusu
Piylənmə
Dəri problemləri
Böyrək xəstəlikləri
Hormonal disbalans
Ayaqlarda varikoz xəstəliyi
Ümumdünya Səhiiyə Təşkilatı (ÜST) gündəlik duz qəbulunun 5 qramdan (təxminən 1 çay qaşığı) az olmasını tövsiyə edir.
Bir çox insanlar üçün duz və şəkər gündəlik qida qəbulunun ayrılmaz bir hissəsidir. Həkimlər isə bu məhsullardan istifadəni məhdudlaşdırmağı tövsiyə edirlər.
Duzun və şəkərin qəbulunu azaltmaq üçün məsləhətlər:
Qazlı/şəkərli içkiləri qəbul etməkdən çəkinin. Ağız dadınızı dəyişmək üçün özünüzə vaxt verin və şəkər qəbulunu hissə-hissə azaltmağa çalışın. Meyvə şirələrini meyvənin özü ilə əvəz edin. Qida etiketlərini diqqətlə oxuyun və yüksək şəkərli qidalardan çəkinin.
Meyvə və tərəvəzlərin tərkibində təbii formada olan şəkər, vitamin, və liflərlər insan orqanizmini enerji ilə təmin edir.
Yemək hazırlayarkən az duz əlavə etməyə çalışın. Ağız dadınız az duza alışacaq və sizə duz istifadəsini azaltmağa kömək edəcək. Yeməyin dadına baxmadan duz əlavə etməyin!
Tərkibində yüksək miqdarda duz olan qidalardan çəkinin. Müxtəlif çeşidli meyvə və tərəvəzlər yeyin. Qida etiketlərini oxuyun! Hər bir məhsulun üzərində olan etiketdə duzun və şəkərin miqdarını asanlıqla görmək olar.