UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Sağlam qida / MƏQALƏLƏR
Yağsız ət, toyuq (dərisi olmadan), balıq, yumurta, qaraciyər istifadə olunmalıdır və həmçinin bəzən ət məhsulları paxlalılarla əvəz olunmalıdırlar: lobya, noxud, mərcimək (orta miqdar: 100-120 qram). Heyvani mənşəli məhsullar zülallar, vitamin A, dəmir, sink və folatların zəngin mənbələri kimi təqdim olunurlar. Yağsız ət və balıq yüksək bioloji dəyərli zülallar və vacib mikroelementlərin mənbələridir. Qida rasionuna yüksək zülal tərkibli paxlalılar və yağlı balıq daxil etmək lazımdır.
Uşağın qidasında gün ərzində bir neçə dəfə tam taxıl məhsullarından - çörək, yarma, makaron məhsulları istifadə olunmalıdır: Çörək, kreker, kobud üyüdülmüş undan hazırlanmış makaron, qəhvəyi düyü, yulaf, qarabaşaq yarması, buğda yarması, hazır quru səhər yeməyi, tam taxıl unu, qarğıdalı, buğda unu və b. karbohidrat, mikroelementlər, çoxlu miqdarda qida lifləri və vitaminlərlə zəngindirlər. Ağ düyünü qəhvəyi düyü ilə əvəz etmək, düyü və tərəvəzli zapekankalarda yarmanı istifadə etmək, adi ağ unun yarısını yulaf unu ilə əvəz etmək və tam arpadan, qəhvəyi düyüdən hazırlanmış plov, şorbaya tam taxıl dənələrini əlavə etmək olar.
Qidalanmada orta yağlılıq dərəcəsi olan süd və süd məhsulları (500 ml-dən az olmayaraq ) istifadə olunmalıdır. Süd məhsulları kalsium və zülalların əsas mənbələridir. Yağlılığı aşağı olan süddə daha çox miqdarda zülal olur ki, bu da verəcək qədər zülalların bədənə daxil olmasının səviyyəsini artırır.
Duz və şəkər az miqdarda istifadə olunmalıdır, tərkibində duzun miqdarı az olan qida seçilməlidir. Əlavə miqdarda şəkər böyük yaşda şirin qidaya üstünlük yaradır. Çox duzlu qidalardan - turşuya qoyulmuş tərəvəzlərdən, duzlu ət məhsullarından qaçınmaq lazımdır.
Uşağa xüsusilə yemək vaxtı içki qismində çay (yaşıl çay da daxil olmaqla), sənaye istehsalı olan şirələr (uşaqlar üçün olan daxil olmaqla) və şirin qazlı içkilər verilməməlidir. Çayda olan maddələr qidalardan dəmirin sorulmasını azaldır. Uşağa gündə 1 stəkandan artıq olmamaqla adi su, evdə hazırlanan az miqdarda meyvə, tərəvəz şirələrinin verilməsi daha məsləhətdir.
Menyu tərtib olunarkən qida məhsulları düzgün uyğunlaşdırılmalıdır. Məsələn, əgər səhər yeməyində sıyıq verilirsə, onda nahar və şam yeməyinə tərəvəz xörəyi hazırlamaq daha yaxşıdır (pörtlədilmiş kələm, tərəvəzli zapekankalar və s.). Səhər yeməyində sıyıq ilə bərabər kobud üyüdülmüş undan hazırlanmış makaron, südlü şorba, yaş yarımdan sonra - omlet, zapekanka, kəsmik kətəsi (pendir qutabı) vermək olar. Nahara ət və balığın tərəvəzli qarnir ilə hazırlanması, qəyanaltıda günorta yeməyində kəsmik və meyvələr, quru meyvələr, yoğurt, tam taxıl peçenye, şam yeməyi üçün isə tərəvəzli, qarabaşaqlı xörəklər, süd, yumurta, pendir istifadəsi məqsədə uyğundur. Qida qəbulu arasındakı fasilələrdə kefir, ana südü və süni qarışıqlar verilməlidir.