Məktəblilər sağlam qidalanmaya çox diqqət etməlidir. Çünki sağlam qidalanma orqanizmi vitamin və minerallarla təmin edir. Qidalardan alınan vitamin və minerallar immuniteti və fiziki gücü artırır, yaddaşın və görmə qabiliyyətinin azalmasının qarşısını alır, bütün bədənin möhkəmliyini təmin edərək sağlam və xəstəliklərdən uzaq həyat yaşamağa kömək edir. Bir məktəblinin gündəlik rasionu müxtəlif çeşiddə təzə meyvə və tərəvəzlərlə zəngin olmalıdır.
Gün ərzində nə qədər meyvə və ya tərəvəz qəbul olunmalıdır?
Gün ərzində ən azı 200 q meyvə (2-3 porsiya) və 200 q tərəvəz (2-3 porsiya) qəbul etmək tövsiyə olunur.
Xolesterin nədir?
Xolesterin qan dövranında olan, bütün hüceyrlərdə mövcud olan yağa bənzər maddədir. İnsan bədəni lazım olan xolesterini özü sintez edir. Səviyyəsinin orqanizmdə normadan çox olması (sağlam olmayan qidalanma səbəbindən) sağlamlıq üçün təhlükəlidir. Orqanizmdə xolesterinin səviyyəsini normada saxlamaq mütləqdir.
Gün ərzində su qəbulu nə qədər olmalıdır?
Yaş qrupları |
Cins |
Gündəlik su qəbulu |
4-8 yaşlar |
qızlar oğlanlar |
5 stəkan |
9-13 yaşlar |
qızlar oğlanlar |
7 stəkan 8 stəkan |
14-18 yaşlar |
qızlar oğlanlar |
7 stəkan 11 stəkan |
Uşaqlara sutka ərzində nə qədər kalori tələb olunur?
3-6 yaş-1900 qida kalorisi (kkal)
7-11 yaş -2300 qida kalorisi (kkal)
11-14 yaş – 2500 qida kalorisi (kkal)
14-18 yaş-300 qida kalorisi (kkal)
Nəzərə almaq lazımdır ki, hər bir uşaq və yeniyetmənin kalori tələbatı onun aktivlik dərəcəsindən asılıdır və idmanla məşğul olma gündəlik kaloriyə olan tələbatı əhəmiyyətli dərəcədə artırır.
Artıq çəki hansı xəstəliklərə səbəb olur?
Artıq kiloqramlar sağlamlığa mənfi təsir göstərir, 2-ci tip şəkərli diabet, yüksək qan təzyiqi, insult, ürək-damar xəstəlikləri, xərçəng xəstəliyi, öd daşı xəstəliyi və öd kisəsinin digər xəstəlikləri, sümük və oynaq problemlərinin inkişafı, yuxu apnoyesi (yuxu zamanı tənəffüsün müvəqqəti dayanması) və digər tənəffüs pozuntularının yaranmasına səbəb olur.