UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Sağlam qida / MƏQALƏLƏR
Uşağın normal inkişafı üçün onun menyusunda tərkibi dəmir və C vitamini ilə zəngin olan ət, balıq, toyuq, yumurta, paxlalı bitkilər, yaşıl tərəvəzlərin olması önəmlidir. Məktəblilərin qidalanması ilə bağlı vacib amillərdən biri də su və maye qəbuludur. Ən xeyirli maye adi təmiz su, yeni sıxılmış qatqısız meyvə şirəsidir. Hər gün uşaqların rasionunda müxtəlif çeşidli qidalar: ət, kərə yağı, süd, çörək, yarma, meyvə və tərəvəzlər olmalıdır. Digər ərzaqlar: balıq, yumurta, xama, kəsmik, pendir rasionda həftədə 2-3 dəfə mütləq olmalıdır.
Uşaq:
► gündəlik 5 dəfə 3-4 saat fasilələrlə qidalanmalıdır,
► qidanı sakit şəraitdə qəbul etməlidir,
► qidalanma pozulmaları varsa, həkim-dietoloqun məsləhəti ilə
qida rasionunda korreksiya aparılmalıdır,
► idmanla məşğul olursa, fiziki yüklənmənin növündən asılı olaraq
həkim-dietoloqun məsləhəti ilə qida rasionunda korreksiya
aparılmalıdır.
Uşaqlarınızın qidalanmasının rejimə düşməsi üçün çalışın ki, onlar:
1. İstənilən qida məhsulunu xırda tikələrlə qəbul etsinlər.
2. Qidanı yaxşı çeynəsinlər.
3. Ayaqüstü qidalanmadan imtina etsinlər.
4. Gündəlik qida rasionunu 4-5 hissəyə bölsünlər və hər gün eyni
vaxtda yeməyə adət etsinlər.
5. Yeməkarası və yeməkdən dərhal sonra mayelər içməsinlər (çay, qəhvə).
6. Təzə hazırlanmış xörəklərlə qidalansınlar.
7. Qidalanan zaman hal-hazırda daha çox istifadə olunan mayonez və ketçupdan imtina etsinlər.
8. Gündəlik olaraq qida rasionunda meyvə və tərəvəzdən istifadə etsinlər.
9. Qida rasionunda istər içkilərin, istərsə də ərzaqların təbii olmasına diqqət yetirsinlər.
10. Ərzaq məhsulları alarkən etiketləri diqqətlə oxusunlar.
11. Gün ərzində fiziki fəallıqlarını təmin etsinlər ki, qəbul etdikləri qidalar asan həzm olunsun.
Bu sadə şərtlərə əməl etməklə uşaqlarınız həm sağlamlıqlarını qorumuş olacaq, həm də özlərini daha gümrah hiss edəcəklər.