UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Sağlam qida / MƏQALƏLƏR

Məktəblilərin qidalanması

Uşaq və yeniyetmələr üçün sağlam qidalanmanın əsas prinsipləri aşağıda verilmiş Qida piramidasında təsvir edilib. Piramidanın aşağı qatında məktəblilər üçün gündəlik rasionda üstünlük verilməli qidalar, orta və yuxarı qatlarında isə qəbulu nisbətən az miqdardan tələb olunan qidalar yerləşdirilib.

Ümumdünya Səhiyyə Təşkilatının qidalanmaya dair tövsiyələri işıqfor prinsipi üzrə qurulub:

Yaşıl rəng. Məhdudiyyət qoyulmayan qidalar: kəpəkli çörək, yarmalar, sutka ərzində 400 qramdan az olmayaraq meyvə və tərəvəz.

Sarı rəng. Ət, balıq, süd məhsulları: balıq (yağlı/yağsız) növləri, süd məhsulları, ət və toyuq (yağsız).

Qırmızı rəng. Bu qidalardan çəkinmək lazımdır: şəkər, yağ, şirniyyat məhsulları.

Məktəblilərin rasionunda aşağıdakı qidalar mütləq olmalıdır:

Beyinin funksiyası üçün: yumurta, düyü, noxud, qaraciyər, yulaf, yağsız kəsmik

Sinir sistemi üçün: pendir, balıq, süd, yağ, meyvələr

Yaddaş üçün: yağsız mal əti, toyuq, sarı pendir, dəniz məhsulları

Görmə itiliyi üçün: yerkökü, turşəng, ərik, alma, pomidor, şirin bibər və balıq

Enerji üçün: yarmalar (qarabaşaq, manna, düyü), üzüm, kartof, kələm, meyvələr

Sümük və əzələlərin inkişafı üçün: pendir, balıq, lobya, süd, kəsmik, çörək, tərəvəzlər

Əsas qida qəbulları arasında 200 qram meyvə və 200 qram tərəvəz yemək vacibdir, bu, qida maddələrinin defisitinin qarşısını alır.

Uşaqlara sutka ərzində nə qədər kalori tələb olunur?

3-6 yaş-1900 qida kalorisi (kkal)

7-11 yaş -2300 qida kalorisi (kkal)

11-14 yaş – 2500 qida kalorisi (kkal)

14-18 yaş-300 qida kalorisi (kkal)

Nəzərə almaq lazımdır ki, hər bir uşaq və yeniyetmənin kalori tələbatı onun aktivlik dərəcəsindən asılıdır və idmanla məşğul olma gündəlik kaloriyə olan tələbatı əhəmiyyətli dərəcədə artırır.

Su qəbulu

Suyun orqanizmdə qida maddələrinin daşınması və hüceyrələrin normal fəaliyyəti, habelə bədən temperaturunun 36.60 C saxlanılmasında müstəsna rolu vardır. Aşağıdakı cədvəldə uşaq və yeniyetmə orqanizminin suya olan gündəlik tələbatı verilmişdir. Fiziki cəhətdən fəal olan və isti iqlim şəraitində yaşayan uşaqların suya tələbatı daha çox ola bilər.

Yaş qrupları                

Cins

Gündəlik su qəbulu  

4-8 yaşlar

qızlar   

oğlanlar

5 stəkan

9-13 yaşlar

qızlar   

oğlanlar

7 stəkan

8 stəkan

14-18 yaşlar    

qızlar   

oğlanlar

7 stəkan

11 stəkan

Qida qəbulunda əsas qaydalar:

1. Yalnız aclıq hissi olduqda yemək.

2. Qidanı gündə 4-5 dəfə kiçik porsiyalarla qəbul etmək

3. Yemək yeyərkən televirora baxmamaq, yazı oxumamaq və ya çətin problemlərin həllindən danışmamaq.

4. Hər bir yemək tikəsini yaxşıca çeynəmək.

5. Həddən artıq qida qəbul etməmək (masadan yüngül aclıq hissi ilə qalxmaq).

6. Müxtəlif cür qidalar qəbul etmək.

7. Gün ərzində suya olan tələbatı (2-2,5 litr) təmin etmək.

8. Şirin qazlaşdırılmış sular içməmək.

Sağlam qidalanmaya riayət edilmədikdə yaranan fəsadlar:

Diqqətin itməsi;

Bədən çəkisinin normadan çox və ya az olması;

Zəiflik və həddən artıq yorğunluq;

Yaddaşın və düşünmə qabiliyyətinin zəifləməsi;

İmmunitetin aşağı düşməsi;

Artıq çəki və piylənmə.