UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Sağlam qida / MƏQALƏLƏR

Vegetarian qidalanma nədir?
  1. Vegetarian sözü latıncadan tərcümədə “sağlam, gümrah, möhkəm” deməkdir.
  2. Vegetarian qidalanmada rasiondan ət və balıq çıxarılır, əsasən bitki mənşəli qidalar istifadə olunur.
  3. Bu qidalara aiddir: meyvə, tərəvəz, dənli bitkilər, paxlalı bitkilər (lobya, noxud), çərəzlər (qoz, fındıq və s.), tumlar.
  4. Hər bir vegetariana B12 vitaminli məhsul, yaxud qida əlavəsi tövsiyə olunur.
  5. Hər gün kalsiumla zəngin qidalar, dəniz tərəvəzləri, yodlaşdırılmış duz və dəmirlə zəngin qidaların qəbulu vacibdir.
  6. Günəş işığı, zənginləşdirilmiş qidalar və əlavələr, vegetarianlar üçün D vitamininin əsas mənbəyidir.
  7. Gündəlik rasionda enerji yaradan məhsullar – qoz, fındıq kimi çərəzlər və quru meyvələr olmalıdır.
  8. Vegetarianları qida tərzlərini dəyişməyə məcbur etmək düzgün deyil.
  9. Amma vegetarian dietaya keçməzdən əvvəl dietoloq, yaxud həkimlə məsləhətləşmək zəruridir.