UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Sağlam qida / MƏQALƏLƏR

Faydalı və ziyanlı yağlar

Sağlam qidalanma ürək-damar xəstəliklərinin  profilaktikasının əsasıdır!

Doymuş yağ turşuları gündəlik kalorinin 10 faizdən az hissəsini təşkil etməli,  monodoymamış və polidoymamış yağ turşuları ilə əvəz olunmalıdır.

Doymuş yağ turşuları aşağıdakı qidalarda yer alır:

  • Süd məhsulları (süd, yağ, pendir, qaymaq)
  • Ət məhsulları (kolbasa, sosiska, bekon)
  • Tropik yağlar: kokos yağı, palma yağı, kakao yağı
  • Şirniyyatlar (peçenyelər, konfetlər, un məmulatları)

Monodoymamış və polidoymamış  yağ turşuları orqanizm üçün ən sağlam yağlardır:

  • Yağlar: zeytun, avokado yağı, günəbaxan, qarğıdalı, qoz yağı
  • Çərəzlər: badam, qoz, fındıq, araxis, keşyu, pekan
  • Balqabaq və küncüt, kətan, üzüm toxumları
  • Yumurta
  • Dəniz məhsulları: tuna, qızılbalıq, skumbriya, kürü və s.
  • Balıq yağları omeqa 3 və 6

Trans yağlar emal edilmiş və süni yolla əldə edilən yağlardır. Bitki yağları yüksək temperaturda yenidən qızdırıldığı zaman tərkibində trans yağlar (konsaragen maddələr) meydana gəlir. Trans yağlar ürək-damar xəstəlikləri riskini artırır, maddələr mübadiləsinə mənfi təsir göstərir, insulin müqavimətinə və Tip 2 diabetə səbəb ola bilir.

Tərkibində trans yağlar olan qidalara əsasən daxildir:

  • Qənnadı məmulatları: peçenye, vaflilər, tort və şokoladlar
  • Marqarin
  • Souslar: mayonez, ketçup
  • Kreker, çipsi, popkorn
  • Tez hazırlanan səhər yeməkləri və fast fudlar, kartof fri, burger, naggets
  • Ət və balıq yarımfabrikatları

Trans yağ turşularından istifadə məhdudlaşdırılmalıdır. Qəbul olunan yağ turşularının enerji dəyəri alınan gündəlik enerjinin 1 faizindən çox olmamalıdır.

Gün ərzində istifadə edilən duz: 5 qramdan az olmalıdır.

Gün ərzində dənli bitkilərdən, meyvə və tərəvəzdən alınan liflər: 30-45 qram təşkil etməlidir.

Gün ərzində istifadə edilən meyvə: 200 qram (2-3 porsiya)

Gün ərzində istifadə edilən  tərəvəz: 200 qram (2-3 porsiya)

Həftədə ən azı 2 dəfə balıq istifadə etmək məsləhət görülür,  bunlardan biri yağlı balıq olmalıdır.