UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Sağlam qida / MƏQALƏLƏR
Artıq çəki zamanı qidalanma
Artıq çəki zamanı qidalanma
Heç bir məhdudiyyət olmadan istifadə edilən qida məhsulları
- kələm (hər növ)
- xiyar
- göyərti
- pomidor
- bibər
- kabak
- badımcan
- çuğundur
- kök
- paxla
- turp
- yaşıl noxud
- ispanaq, turşəng
- göbələk
- çay, kofe (şəkərsiz)
- mineral su
- şəkər əvəzedicilərlə hazırlanmış içkilər
Tərəvəzləri çiy, qaynadılmış, qızardılmış şəkildə istifadə etmək olar. Xörək Tərəvəzlərdən hazırlanan xörəklər zamanı yağlardan (yağ, mayonez, xama) az istifadə etmək lazımdır.
İstifadəsi az miqdarda məsləhət olunan qida məhsulları:
(adət etdiyiniz gündəlik normanın yarısı)
- yağsız mal əti
- yağsız balıq
- süd və süd məhsulları (yağsız) dana, quzu əti, dərisiz quş ət
- yağlılığı 30%-dən aşağı olan pendir növləri
- yağlılığı 5%-dən aşağı olan kəsmik
- kartof
- qarğıdalı
- quru paxlalı bitkilər(noxud, lobya, mərci)
- yarma
- makaron
- çörək və çörək məhsulları(mayasız)
- meyvələr
- yumurta
İstifadəsindən imtina edilməsi məsləhət olunan qida məhsulları:
- kərə yağı
- bitki yağı*
- donuz, qoyun, mal piyi
- xama, qaymaq
- yağlılığı 30%-dən yüksək olan pendir növləri
- yağlılığı 5%-dən yüksək olan kəsmik
- yağlı ət, hisə verilmiş məhsullar
- kolbasa
- yağlı balıq
- quş ətinin dərisi
- ət, balıq konservləri
- qoz, tum
- şəkər, bal
- mürəbbə, cem
- konfet, şokolad
- tortlar, pirojnalar digər konditer məhsulları
- mayalı xəmirdən hazırlanan peçenye
- dondurma
- şirin içkilər
- alkoqollu içkilər
*Bitki yağları gündəlik rasionumuzun tərkib hissəsidir, ona görə az miqdarda istifadə etmək lazımdır.