Narkomanlıq - narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi nəticəsində yaranmış, narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və (və ya) fiziki asılılıqla ifadə olunan xəstəlik vəziyyətidir.
Narkotik maddə istifadə edən yeniyetmələrdə ağıl kəmliyi, psixi xəstəliklərin riski bir neçə dəfə artmış olur. Narkotik preparatların təsiri yeniyetmə orqanizminin fiziki inkişafını xeyli ləngidir. Narkotik istifadə edən yeniyetmələr öz yaşıdlarından boy və çəki göstəricilərinə görə də geridə qalırlar. Narkotik maddələrin vena daxili yeridilməsi İnsan İmmunçatışmazlığı Virusuna (İİV) və hepatit də daxil olmaqla, iynə ilə ötürülən infeksiyaların yayılmasına gətirib çıxarır. Erkən yaşından narkotik vasitə qəbul etməyə başlayan insanların orta ömrü 35-40 ildir.
İnhalantlar nədir?
İnhalantlar müəyyən məişət və sənaye sahələrində olan kimyəvi buxarlar əmələ gətirən uçucu maddələrdir. Tənəffüs yolu ilə alınan bu toksik buxarlar beyinə sürətlə keçərək psixoaktiv və ya zehni dəyişdirən təsir yaradır. İnhalantlardan xroniki sui-istifadə ağır yan təsirlərə səbəb olub koma və ölümlə nəticələnə bilər.
Birinin narkotiklərdən istifadə etdiyini necə bilmək olar?
- göz bəbəklərinin genişlənməsi və ya daralması
- gözlərin qızarması və ya bulanıq olması
- nitqin ləngiməsi, dəyişməsi
- iştahanın zəifləməsi, səbəbsiz arıqlama
- bədənin müxtəlif yerlərində iynə izləri
- hərəkət koordinasiyasınin pozulnması
Davranışın dəyişməsi:
- ətrafa qarşı etinasızlıq
- dərslərə qarşı laqeydlik, maraqların, əhatənin dəyişməsi
- ünsiyyətdən yayınma, məktəbdaxili və kütləvi tədbirlərdə iştirakdan yayınma
- yalan danışmağa meyillilik
- şagirddə boru şəklində bükülmüş kağızların, kapsul və şprislərin olması
- valideynlərdən səbəbsiz pul istəmə və ya evdən, sinif yoldaşlarından pul oğurlama
- səliqəsiz görkəm
Psixi pozuntular:
- əhvalın tez-tez və kəskin dəyişməsi
- yaxınlarına qarşı emosional soyuqluq
- artıq yuxululuq və ya yuxusuzluq
- yorğunluğun həddən artıq fəallıqla əvəz olunması
Narkotiklər yeniyetmə orqanizminə hansı mənfi təsirlərini göstərir?
Narkotik maddə istifadə edən yeniyetmələrdə ağıl kəmliyi, psixi xəstəliklərin riski bir neçə dəfə artmış olur. Bu halda mənəvi dəyişikliklər və şəxsiyyətin pozulması olduqca sürətlənir. Narkotik preparatların təsiri yeniyetmə orqanizminin fiziki inkişafını xeyli ləngidir. Narkotik istifadə edən yeniyetmələr öz yaşıdlarından boy və çəki göstəricilərinə görə də geridə qalırlar. Narkotik maddələrin vena daxili yeridilməsi İnsan İmmunçatışmazlığı Virusuna (İİV) və hepatit də daxil olmaqla, iynə ilə ötürülən infeksiyaların yayılmasına gətirib çıxarır.
Narkotik vasitələr hansı probelmlərə yol açır?
- Narkotik qəbulundan alınan zövqün ardınca ağır fiziki əzablar başlayır
- Fiziki sağlamlıq ciddi pozulur
- Zehni qabiliyyət kəskin azalır
- QİÇS və başqa infeksion xəstəliklərə yoluxma riski artır
- Cinsi potensiya azalır və yox dərəcəsinə enir
- Yeniyetmə gələcəkdən məhrum olur
Narkotik istifadə edənin hansı davranış dəyişiklikləri olur?
- Ətrafa qarşı etinasızlıq
- Dərslərə qarşı laqeydlik, maraqların, əhatənin dəyişməsi
- Ünsiyyətdən yayınma, məktəbdaxili və kütləvi tədbirlərdə iştirakdan yayınma
- Yalan danışmağa meyillilik
- Səliqəsiz görkəm