UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Narkotik/psixotrop maddələrin istifadəsində müşahidə edilən əlamətlər

Narkotik və psixotrop maddələr- sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik vasitələr və ya psixotrop maddələr olan bitkilərdir. Narkomanlıq-narkotik vasitələrin və psixotrop maddələrin suiistifadəsi nəticəsində yaranmış, narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və (və ya) fiziki asılılıqla ifadə olunan xəstəlik vəziyyətidir. Toksikomanlıq-insan psixikasına bihuşedici təsir göstərən, o cümlədən yapışqan, boya benzin və digər bu kimi maddələrin (narkotik vasitələr, psixotrop maddələr və spirtli içkilər istisna olmaqla) suiistifadəsi nəticəsində yaranan, xronik intoksikasiya doğuran, həmin maddələrdən  psixi və (və ya) fiziki asılılıqla ifadə olunan xəstəlik vəziyyətidir.

Əgər sinif yoldaşınızda və dostunuzda narkotik/psixotrop maddələrin istifadəsində müşahidə edilən əlamətlərə rast gəlsəniz, bu barədə dərhal sinif rəhbərinə və ya valideyninizə xəbər verin. Sinif yoldaşınıza/dostunuza narkotikin qurbanına çevrilməməsinə yardımçı olun. Onlar sizdən narkotik istifadə etdiklərini gizlətməyinizi xahiş etsələr belə, bilin ki, bu onların həyat və sağlamlığı üçün ciddi təhlükədir. Onlara həyatlarını məhv etmələrinə icazə verməyin və kömək üçün bu barədə böyüklərə məlumat verin!

Fiziki əlamətlər

  • göz bəbəklərinin genişlənməsi və ya daralması
  • gözlərin qızarması və ya bulanıq olması
  • nitqin ləngiməsi, dəyişməsi
  • iştahanın zəifləməsi, səbəbsiz arıqlama
  • bədənin müxtəlif yerlərində iynə izləri
  • hərəkət koordinasiyasınin pozulnması

Davranışın dəyişməsi:

  • ətrafa qarşı etinasızlıq
  • dərslərə qarşı laqeydlik, maraqların, əhatənin dəyişməsi
  • ünsiyyətdən yayınma, məktəbdaxili və kütləvi tədbirlərdə iştirakdan yayınma
  • yalan danışmağa meyillilik
  • şagirddə boru şəklində bükülmüş kağızların, kapsul və şprislərin olması
  • valideynlərdən səbəbsiz pul istəmə və ya evdən, sinif yoldaşlarından pul oğurlama
  • səliqəsiz görkəm

Psixi pozuntular:

  • əhvalın tez-tez və kəskin dəyişməsi
  • yaxınlarına qarşı emosional soyuqluq
  • artıq yuxululuq və ya yuxusuzluq
  • yorğunluğun həddən artıq fəallıqla əvəz olunması