UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Zərərli vərdişlər / MƏQALƏLƏR
Nə üçün insanlar narkotik qəbul edirlər?
Statistika göstərir ki:
- 45% maraqdan
- 43% dostlarının təsiri altında
- 12% problemlərdən qaçmaq arzusu ilə narkotik istifadə etməyə başlayırlar.
Mənfi ailə münasibətləri yeniyetməni narkotikdən istifadə etməyə gətirib çıxaran əsas səbəblərdəndir:
- Özünə qiymətvermənin aşağı düşməsi və ya həddən artıq olması
- Həyatda aydın məqsədin olmaması, ozünə və öz sağlamlığına qayğının olmaması
- Ailədə məhəbbət və dəstəyin çatışmaması
- Uşaq vaxtı valideyinlərindən almış psixi travma (bəzən də fiziki) nəticəsində yaranan ümidsizlik, emosional ağrı
- Valideynlər tərəfindən həddən artıq himayə, sərbəst qərar vermə bacarığının olmaması, təsirlənmə qabiliyyətinin yüksək olması
- Streslərə davamlılıq qabiliyyətinin aşağı olması, çətimliklərin öhdəsindən gələ bilməmək
- Gündəlik həyatdan zövq ala bilməmək
- Mənəvi dəyərlərin olmaması.
Narkotik vasitələr hansı probelmlərə yol açır?
- Narkotik qəbulundan alınan zövqün ardınca ağır fiziki əzablar başlayır
- Fiziki sağlamlıq ciddi pozulur
- Zehni qabiliyyət kəskin azalır
- QİÇS və başqa infeksion xəstəliklərə yoluxma riski artır
- Cinsi potensiya azalır və yox dərəcəsinə enir
- Yeniyetmə gələcəkdən məhrum olur
Narkotik və digər psixotrop vasitələrin həyatınızı məhv etməsinə icazə verməyin!