UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Narkotikə yaxın durma!

Narkotikə yaxın durma! Narkotik maddələr tələdir! Bu  tələyə düşən gəncin xilası çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir! Narkomanlıq uçuruma aparan yoldur, ona görə də narkotikdən istifadəyə YOX deyək!

Narkotiklərdən İstifadə:

  1. Qısa zamanda fiziki və psixi asılılıq yaradır
  2. Dərsə davamiyyəti və marağı azaldır
  3. Dostluğa son qoyur
  4. Oğurluğa və zorakılığa sövq edir.
  5. Yaddaş və təfəkkür pozuntularına səbəb olur
  6. İntihara sürükləyir
  7. Cinsi zəiflik və sonsuzluğa səbəb olur
  8. Hamiləlik zamanı ana bətnində uşaqlarda ağır dərəcəli qüsurlar, daha sonra psixi və nevroloji pozuntular yaradır
  9. İnsanlar arasında münaqişələrə səbəb olur

Narkotik / psixotrop maddələrin istifadəsində müşahidə edilən əlamətlər: Yeniyetmələrdə narkotik / psixotrop maddələrin istifadəsindən irəli gələn fiziki və psixi əlamətlər, habelə davranış tərzinin dəyişməsi müşahidə edilə bilər.

Davranışın dəyişməsi:

  • Ətrafa qarşı etinasızlıq
  • Dərslərə qarşı laqeydlik, maraqların, əhatənin dəyişməsi
  • Ünsiyyətdən yayınma, məktəbdaxili və kütləvi tədbirlərdə iştirakdan yayınma
  • Yalan danışmağa meyillilik
  • Səliqəsiz görkəm

Psixi pozuntular:

Əhvalın tez-tez və kəskin dəyişməsi

  • Yaxınlarına qarşı emosional soyuqluq
  • Artıq yuxululuq və yuxusuzluq
  • Yorğunluğun həddən artıq fəallıqla əvəz  olunması

Narkotik və psixotrop maddələrdən istifadənin müəyyən edilməsi narkoloji dispanserin vəzifəsidir. Lakin həmin maddələrdən istifadə etdikləri təsdiq edilmiş bütün uşaqlarla psixoloji iş, habelə onlara və valideynlərinə pedaqoji yardım və emosional dəstək müəllim, psixoloq və məktəbin tibb işçisi tərəfindən də təmin edilməlidir.

Təhsil müəssələrində, o cümlədən orta ümumtəhsil məktəbləri və xüsusi təhsil müəssələrində çalışan müəllim, psixoloq və məktəbin tibb işçisinin uşaq və yeniyetmələr arasında narkotik və ya psixotrop maddələrdən istifadənin vaxtında aşkarlanmasında onlara və valideynlərinə (qanuni nümayəndələrinə) ilkin psixoloji və pedaqoji yardımın göstərilməsində, uşaq və yeniyetmələrin müvafiq ixtisaslaşdırılmış xidmətlərə yönəldilməsində müstəsna xidməti var. Bu işdə müəllim və psixoloqların, məktəbdə çalışan tibb işçilərinin üzərinə düşən öhdəlik valideynlər, həkim və hüquq-mühafizə orqanları üzərinə düşəndən heç də az deyil.

Narkotiklərdən istifadə edənin fiziki əlamətlər:

  • Göz bəbəklərinin genişlənməsi və ya daralması
  • Gözlərin qızarması və ya bulanıq olması
  • Nitgin ləngiməsi, dəyişməsi
  • İştahanın zəifləməsi, səbəbsiz arıqlama
  • Bədənin müxtəlif yerlərində iynə izləri
  • Hərəkət koordinasiyasının pozulması

Davranışın dəyişməsi:

  • ətrafa qarşı etinasızlıq
  • dərslərə qarşı laqeydlik, maraqların, əhatənin dəyişməsi
  • ünsiyyətdən yayınma, məktəbdaxili  və kütləvi tədbirlərdən iştirakdan yayınma
  • yalan danışmağa meyillilik
  • şagirddə boru şəklində bükülmüş kağızların, kapsul və şprislərin olması
  • valideynlərdən səbəbsiz pul istəmə və ya evdən
  • sinif yoldaşlarından pul oğurlama
  • səliqəsiz görkəm

Psixi pozuntular:

  • əhvalın tez-tez və kəskin dəyişməsi
  • yaxınlarına qarşı emosional soyuqluq
  • artıq yuxululuq və ya  yuxusuzluq
  • yorğunluğun həddən artıq fəallıqla əvəz olunması

Bu əlamətlərdən hər biri ayrılıqda bəzən elə böyük əhəmiyyət kəsb etməyə bilər, lakin 4-5 əlamətin olması artıq SİQNALDIR!