Məişət zorakılığı

Zorakılıq kompleks bir anlayışdır. Zorakılıq tez- tez yaralanma, zərər yetirmə, məhrumiyyət və ya ölümlə nəticələnə bilən qüvvə təhdidi və istifadəsi kimi başa düşülür. Fiziki, şifahi və ya psixoloji formada ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) zorakılığa "ölüm, psixoloji ziyan və ya məhrum etmə ilə nəticələnən və ya nəticələnmə ehtimalı yüksək olan, özünə, başqa bir şəxs ə və ya bir qrupa və ya cəmiyyətə qarşı təhdid və ya faktiki olaraq fiziki qüvvənin və ya gücün qəsdən istifadəsi" kimi tərif verir. Bu tərif qəsdən edilməni vurğulayır və güc əlaqələrindən yaranan hərəkətləri əhatə etmək üçün konsepsiyanı genişləndirir.

MƏQALƏLƏR
ÇAP MATERİALLARI
VİDEOLAR
“Zorakılığa “Yox” de!”

   

TEZ-TEZ VERİLƏN SUALLAR

Zorakılığa məruz qalan kömək üçün hara müracət edə bilər?

Şəhər, rayon icra hakimiyyəti orqanları

Akademik M.Ə.Mirqasımov adına

Respublika Klinik Xəstəxanası

Bakı şəh., Şərifzadə küç., 212

(012) 430-77-38, (012) 431-40-32,

(012) 431-98-41, (012) 433-47-36

Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanası

Bakı şəh., Səməd Vurğun küç., məhəllə 956

(012) 595-38-78, (012) 595-38-56, (012) 595-38-58

25 nömrəli Şəhər Poliklinikası

Bakı şəh., Süleyman Sani Axundov küç., 9/33

(012) 561-58-00, (012) 561-24-10, (012) 561-26-67

Uşaq Hüquqları Klinikası

Bakı şəh., D.Əliyeva küç., 251 a, mən. 73

(012) 480-22-31, (012) 496-70-35,

(055) 519-74-52, (050) 480-22-31

Zorakılıq və Cinayət Qurbanı olan Uşaq və

Gənclər üçün Psixo-Sosial Reabilitasiya Mərkəzi

(012) 480-38-75, (050) 589-47-53

«Ümidli Gələcək» Gənclər Təşkilatı

Bakı şəh., N.Gəncəvi küç., 117

(012) 493-21-42, (050) 349-29-48

Azərbaycan Uşaq Qaynar Xətt xidməti

(012) 480-22-80, (050) 680-22-80, (051) 880-11-80

Baxımsız və Hüquq Pozuntusu Törədən Uşaqların

Sosial Reabilitasiyası və Sosial-Hüquqi Xidmət Mərkəzi

Bakı şəh., Sabunçu rayonu, Y.Əliyev küç., 1

Əhalinin Sosial Müdafiə Mərkəzi, 3-cü mərtəbə

(012) 425-67-70, (055) 616-69-64, (055) 751-51-00

Erkən nikah neçə yaş sayılır?

Yaşı 18-dən az olan qzların nikaha daxil olması erkən nikah sayılır. Adətən, belə nikahlara problemli ailələrdən olan uşaqlar daha çox üz tuturlar. Əksər  hallarda əsas səbəb evdə olan qeyri-normal atmosferdən qaçmağa çalışmaqdır. Bu nikahlar, əlbəttə ki, möhkəm olmur. Erkən nikahlar xüsusən qızlara emosional və fiziki ziyan vura bilər.

Hansı əlamətlərə əsasən uşağın zorakılığa məruz qaldığını  təxmin etmək olar?

  • yatmaq və yemək rejimində problemlər;
  • çığırmaq və ağlamaq vərdişləri;
  • utancaqlıq;
  • ünsiyyətdən çəkinmə;
  • zorakılığın baş verməsində özlərini günahlandırma;
  • əsəb tutmaları;
  • ürəkkeçmələr kimi fiziki əlamətlər müşahidə olunur.