UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Dünyada zorakılıq

Hər il dünyada 1.6 milyondan çox insan zorakılıq nəticəsində həyatını itirir. Zorakılıq nəticəsində ölən hər insanla yanaşı bir çox digər insanlar yaralanır və fiziki, cinsi, reproduktiv və psixi sağlamlıq problemlərindən şikayətlənir. Zorakılıq səhiyyə, hüquq-mühafizə və məhsuldarlıq sahəsində milli iqtisadiyyata zərbə vurur. Zorakılığın struktur və mədəni formaları, cəmiyyətlərdə təbii olaraq qəbul edilmə nöqtəsinə qədər dərin şəkildə hopdurulur. Bu cür zorakılıq daha uzun müddət davam edir, nəticədə ya birbaşa şiddət kimi bənzər nəticələrə səb əb olur, ya da bə zi hallarda, məsələn, qurbanın cavab olaraq birbaşa zorakılığa əl atmasına gətirib çıxarır. Əlverişsiz bölgələrdə aşağı təhsil imkanları, əcnəbilər üçün əylənc ənin məhdud imkanları, müəyy ən iş sahə lərində zərərli iş şəraiti və s. insanların hüquq əldə etməsinə birbaşa təsir göstərən struktur və mədəni zorakılıq aktlarıdır. Lakin zorakılığın bu formaları nadir hallarda insan hüquqlarının pozulması kimi tanınır. Dünyadakı müxtəlif zorakılıq növləri haqqında bəzi nümunələr aşağıdakılardır. Mövcud növlər təkcə bunlar deyil. Silahlı qarşıdurmaların təsirləri haqqında daha ətraflı məlumat Müharibə və Terrorizmdə və bu kitabın müxtəlif hissələrində tapıla bilər.

Hərbi xərclər, silah ticarəti və zorakılıq

Silah və yaraqların istehsalı və satışı, şübhəsiz ki, silah istehsalının iqtisadi, maliyyə və sosial ölçüləri baxımından sülh üçün ən böyük təhdidlərdən biridir. Silahların istehsalı və ixracı tez-tez iqtisadi baxımdan təşviq edilir, onun sülh və təhlük əsizliyə təsiri isə olduqca az nəzərə alınır. Dünya hərbi xərcləri daim artmaqdadır; 2014-cü ildə dünyada hərbi məqsədlərlə təxminən 1776 milyard avro xərclənmişdir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun verdiyi məlumat bazası 2014- cü ildə ABŞ-ı ən böyük hərbi sərfiyyatçı olaraq göstərir (610 milyard avro), bu siyahıda onu Çin (216 milyard avro) və sonra üç Avropa ölkəsi, Rusiya (84 milyard dollar), Birləşmiş Krallıq (60 milyard dollar) və Fransa (62 mlrd. Dollar) izləyir. Beynəlxalq Sülh İnstitunun məlumatları (www.odi.org) göstərir ki, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün illik xərc təxminən 248 milyard dollardır, bu, qlobal hərbi xərclərin 20%-ni təşkil edir.

Sual: Yaşadığınız ölkənin silah istehsalı və alışı üçün illik xərci nə qədərdir?

The İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) hesab edir ki, hər il ən azı 740 min qadın, kişi, gənc və uşaqlar silahlı zorakılığa məruz qalır; bundan təsirlənənlərin əksəriyyəti yoxsulluqla yaşayır. Silahlı qarşıdurmalardan çox sayda ölüm meydana gəlməsinə baxmayaraq, silahlı qətllərin əksəriyyəti müharibələrdən kənarda baş verir. Bundan əlavə, çoxlu sayda insan silahlı zorakılığa məruz qalır və bunun nəticəsində uzun müddətli əzab çəkir. Beynəlxalq Amnistiya təşkilatının bildirdiyinə görə, təşkilat tərəfindən sənədləşdirilən insan hüquqlarının pozulması hallarının təxminən 60% -ində kiçik silah və yüngül silahlardan istifad edilmişdir.

Silah ticarətinə nəzarət
Control Arms silah və döyüş sursatının köçürülməsini dayandıra biləcək beynəlxalq hüquqi bağlayıcı bir müqavilə üçün mübarizə aparan qlobal bir vətəndaş cəmiyyət ittifaqıdır. Kampaniya daxili qaydaların silah ticarətinin artan qloballaşmasına uyğunlaşmadığını vurğulayır, çünki silahın müxtəlif hissələri müxtəlif yerlərdə istehsal olunur və yığılamaq üçün digər ölkələrə köçürülür. Control Arms hökumətlərin qeyri-qanuni silah satışlarına görə məsuliyyət daşıyacaq "gülləkeçirməz" Silah Ticarəti Müqaviləsinə çağırır.

Bu gün insan hüquqlarının pozulması sabahkı münaqişələrin səbəbidir.
Mary Robinson.