UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Zorakılıq anlayışı

Zorakılıq kompleks bir anlayışdır. Zorakılıq tez- tez yaralanma, zərər yetirmə, məhrumiyyət və ya ölümlə nəticələnə bilən qüvvə təhdidi və istifadəsi kimi başa düşülür. Fiziki, şifahi və ya psixoloji formada ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) zorakılığa "ölüm, psixoloji ziyan və ya məhrum etmə ilə nəticələnən və ya nəticələnmə ehtimalı yüksək olan, özünə, başqa bir şəxs ə və ya bir qrupa və ya cəmiyyətə qarşı təhdid və ya faktiki olaraq fiziki qüvvənin və ya gücün qəsdən istifadəsi" kimi tərif verir. Bu tərif qəsdən edilməni vurğulayır və güc əlaqələrindən yaranan hərəkətləri əhatə etmək üçün konsepsiyanı genişləndirir. Hər il 8 milyon yüngül silah istehsal olunur. Hər il planetdə hər bir insan üçün 2 güllə istehsal olunur. Silahlı zorakılıq nəticə sində öldürülən 3 nəfərdən 2-si "sülh şəraitində" yaşayan ölkələrdə ölür.

Silahlı zorakılıq nəticəsində öldürülən hər kəs üçün 10 adam yaralanır. Zorakılığın geniş yayılmış anlayışı yalnız birbaşa "davranış" zorakılığını deyil, həmçinin tez-tez şüursuz olan struktur zorakılığı də əhatə edir. Struktur zorakılıq ədalətsiz və qeyri- bərabər sosial və iqtisadi strukturlardan yaranır və yoxsulluq və hər cür məhrumiyyətdə özünü göstərir.

Zorakılığın formaları bir çox formada təsnif edilə bilər. Belə təsnifatlardan biri aşağıdakılardan ibarətdir:

  • birbaşa zorakılıq, məsələn, müharibə, zorbalıq, məişət zorakılığı, təcrid etmək və ya işgəncə kimi fiziki və ya davranış zorakılığı
  • struktur zorakılıq, məsələn, yoxsulluq, əsas resurslar və hüquqlara çıxışdan məhrum edilmə; kasıb, gücsüz və təcrid olunmuşları istismar edən və təhqir edən təzyiqçi sistemlər
  • mədəni zorakılıq, məsələn, müəyyən insan şəxsiyyətləri və həyat tərzlərini dəyərsizləşdirmək və məhv etmək, cinsiyyətçilik, etnosentrizm, irqçilik və müstəmləkəçi ideologiyalar, təcavüz, hökmranlıq, ədalətsizlik və zülmü rasionallaşdıran əxlaqi istisnaların digər formaları