UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Məişət zorakılığı nədir?

Məişət zorakılığının hüquqi kliniki tərifləri mövcuddur.

Hüquqi tərif  - Məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərdən birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu

Kliniki tərif  - Məişət zorakılığı yeniyetmələr, gənclər və böyüklərin öz partnyorlarına qarşı törətdikləri fiziki şiddət, cinsi zorakılıq, psixoloji basqı, iqtisadi asılılıq və ya məhrumetmə kimi aşağılayıcı və zorakı davranışların törədilməsi ardıcıllığıdır. Zorakılığın bir neçə növü var: cinsi, fiziki, mənəvi, sosial, iqtisadi, psixoloji.

Məişət zorakılığının subyektləri

Subyektlərə daxildir:

  • yaxın qohum olan ailə üzvləri;
  • birgə yaşadığı hallarda digər qohumlar;
  • nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvad;
  • qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslər;
  • üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslər;
  • qanuni nikahda olmadan birgə yaşayan kişi və qadın;
  • habelə onlarla birgə yaşayan yaxın qohumlar.

Zorakılığa bəraət qazandırmayaq!

 Bəzən yanlış olaraq, məişət zorakılığının səbəbləri kimi

  • günahın qurbanda olduğunu;
  • zorakı şəxsin əsəblərinə nəzarət edə bilmədiyini;
  • onun işdə və ailədə yaşanan streslər səbəbindən baş verdiyini göstərməklə zorakılığa bəraət qazandırılır

Lakin bunlar bir partnyorun digərinə qarşı zorakılıq törətməsinə haqq vermir.

Digər cinayət hallarında stresli, içkili olmaq güzəşt sayılmadığı kimi, məişət zorakılığında da törədilən zorakılığa bu halları misal gətirməklə bəraət qazandırılmamalıdır.

Məişət zorakılığı qurbanlarının hüquqlarına aşağıdakılar daxildir:

  • məişət zorakılığının araşdırılmasını tələb etmək;
  • araşdırma müddətində təhlükəsizliyin və məxfiliyin təmin edilməsi;
  • hüquqi, tibbi, psixoloji yardım almaq;
  • məişət zorakılığına məruz qalmış şəxslər üçün yaradılmış sığınacaqlara və yardım mərkəzlərinə müraciət etmək.