UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Zorakılıq / MƏQALƏLƏR
Zorakılıq özünə, digər şəxsə, bir qrup insanlara və ya icmaya qarşı yönəlmiş cismani zədələr, ölüm, psixoloji travma, inkişafın pozulması və ya müxtəlif növ zərərlərlə nəticələnən (yaxud son dərəcə yüksək ehtimalının olması) gerçəklənmiş və ya hədə-qorxu şəklində bilərəkdən fiziki qüvvə və ya hökmün tətbiq edilməsi deməkdir.
BMT-nin Uşaq hüququları haqqında Konversiyası “kobud rəftar” anlayışına Konversiyanın 19-cu Maddəsinə uyğun olaraq “fiziki və ya psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın, o cümlədən seksual sui-istifadənin hər cür forması” kimi tərif verir.
Valideynlər və digər tərbiyəçilər tərəfindən uşaqlara qarşı zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə faktiki zərər vura bilən fiziki və/və ya emosional davranışın bütün formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir.
Sizin hüquqlarınızı pozan bütün hallar uşaq zorakılığı sayılır. Böyüklərin uşaqlarla kobud rəftarı onların inkişafına, sağlamlığına və ləyaqətinə zərər vurur.
Zorakılığa məruz qalmış uşağın davranışı bu xüsusiyyətlərlə seçilə bilər:
- valideynlərdən və böyüklərdən qorxur
- az hallarda sevinir
- ağlağan olur, başqa uşaqların ağlamasından qorxur
- ünsiyyətdən çəkinir
- aqressiv olur
- yaltaq olur
- həddindən tez tabe olur
- ağrıdığını gizlədir
- yalançı olur
- oğurluğa meyilli olur
- heyvanlara qarşı qəddar olur
- nitq inkişafı geriləyir
- mütəmadi olaraq dərslərə hazırlıqsız gəlir
- daim fikri dağınıq olur
- aldığı aşağı qiymətlərə görə evə qayıtmağa qorxur
- evdən qaçma halları olur
- spirtli içki, tütünçəkmə və narkotik maddələrdən istifadəyə meyilli olur
- intihara cəhd edir
- cəmiyyətə zidd davranışları ilə diqqəti cəlb edir
Zorakılığa məruz qalmış uşaqda bu cür fəsadlara rast gəlinir:
- emosional (psixoloji) və intellektual inkişafdan geri qalır
- tez-tez depressiyaya düşür
- spirtli içki, tütünçəkmə və narkotik maddələrdən asılılıq yaranır
- riskli davranışlar edir
- infeksion (İİV, hepatit və s.) xəstəliklərə yoluxur
- ona edilən zorakılığı gələcəkdə artıq özü başqalarına qarşı təkrar edir
Zorakılıqdan zərər çəkirsinizsə yardım almaq üçün müraciət edin:
DİN-in “102” xidməti-zəng mərkəzi sistemi
Şəhər, rayon icra hakimiyyəti orqanları
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası
Bakı şəh., Şərifzadə küç., 212
(012) 430-77-38, (012) 431-40-32,
(012) 431-98-41, (012) 433-47-36
Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanası
Bakı şəh., Səməd Vurğun küç., məhəllə 956
(012) 595-38-78, (012) 595-38-56, (012) 595-38-58
25 nömrəli Şəhər Poliklinikası
Bakı şəh., Süleyman Sani Axundov küç., 9/33
(012) 561-58-00, (012) 561-24-10, (012) 561-26-67
Uşaq Hüquqları Klinikası
Bakı şəh., D.Əliyeva küç., 251 a, mən. 73
(012) 480-22-31, (012) 496-70-35,
(055) 519-74-52, (050) 480-22-31
Zorakılıq və Cinayət Qurbanı olan Uşaq və
Gənclər üçün Psixo-Sosial Reabilitasiya Mərkəzi
(012) 480-38-75, (050) 589-47-53
«Ümidli Gələcək» Gənclər Təşkilatı
Bakı şəh., N.Gəncəvi küç., 117
(012) 493-21-42, (050) 349-29-48
Azərbaycan Uşaq Qaynar Xətt xidməti
(012) 480-22-80, (050) 680-22-80, (051) 880-11-80
Baxımsız və Hüquq Pozuntusu Törədən Uşaqların
Sosial Reabilitasiyası və Sosial-Hüquqi Xidmət Mərkəzi
Bakı şəh., Sabunçu rayonu, Y.Əliyev küç., 1
Əhalinin Sosial Müdafiə Mərkəzi, 3-cü mərtəbə
(012) 425-67-70, (055) 616-69-64, (055) 751-51-00