UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Zorakılıq / MƏQALƏLƏR
Məişət zorakılığı qurbanlarını necə müdafiə edə bilərik?
Müdafiə üsulları:
- Hüquqi tədbirlər (hüquqi araşdırma, valideynlik hüquqlarından məhrumetmə, yardım mərkəzləri və s.);
- Sosial və tibbi-psixoloji tədbirlər (sığınacaqla təmin etmə, işlə təmin edilməyə, təhsilini davam etməyə kömək etmə, tibbi yardım və s.);
- Qabaqlayıcı (preventiv) tədbirlər (zorakılığı törədənlərə və zərəçəkənlərə qarşı);
- Məxfiliyin qorunması;
- Məlumat bankının yaradılması.
Məişət zorakılığının cəmiyyət və dövlətə təsiri. Zorakılıq hallarının qarşısını almaqla həm cəmiyyəti, həm də dövləti bu bəladan xilas edə bilərik!
- Məişət zorakılığının qarşısının alınmasında cəmiyyət və dövlət vəhdət şəklində çalışmalıdır.
- Məişət zorakılığının qarşısının alınması üçün cəmiyyətin müxtəlif qrupları tərəfindən kompleks yanaşma tələb olunur.
- Şəxsin özünün necə bir ailədə və mühitdə böyüməsi və ruhi sağlamlıq vəziyyətinin böyük rolu vardır.
Hər kəsin zorakılığa məruz qalmadan yaşamaq hüququ var!
Hüquqlarını bil və zorakılığa məruz qalma!
- Məsələyə hüquqi cəhətdən yanaşdıqda ailə və onu təşkil edən üzvlərin hər biri üçün bərabər qorunma haqqı vardır.
- Bir-biri ilə müəyyən mülkiyyət münasibətində olan iki şəxsin bir-birinə qarşı şiddət yetirəcək dərəcədə mülkiyyət sahibliyinə haqqı yoxdur.
- İki şəxs evlilik münasibətinə girməklə öz aralarında bərabər hüquq, bərabər məsuliyyət və bərabər mülkiyyəti təyin edirlər.
Məişət zorakılığı intensiv baş verən mühitdə onun nəticəsi birbaşa cəmiyyətin inkişafında hiss olunur.
- Daim məişət zorakılığı mühitində yaşayan şəxsdə həm digər növ zorakılıq metodlarının, həm də psixoloji zorakılığın təsirindən ruhi sarsıntılar yaşanır.
- Həmin şəxslərin bir fərd kimi sosial fəaliyyətlərində geriləmələr, iş yerlərində şiddətin baş verdiyi günlərdə davamiyyətlərinin zəifləməsi, işə diqqətini cəlb edə bilməmələri kimi hallar baş verir.
- Fiziki və ruhi cəhətdən özünü yaxşı hiss etməyən, özünə inamsız, ümidsiz yaşayan şəxslər (adətən qadınlar) eləcə də evdə öz uşaqlarının təlim-tərbiyəsində də yaxından iştirak edə bilmir.