Uşaq zorakılığı

Zorakılıq o zaman baş verir ki, bir kimsə digərinə yara vurmaq (fiziki və ya mənəvi), qorxutmaq, ağrı və əzab vermək üçün ona qarşı konkret hərəkətlər edəcəyini qəsdən deyir, həmin hərəkəti edir və ya hədələyir. Zorakılığın bir neçə növü var: fiziki, mənəvi, cinsi, sosial, psixoloji. Zorakılığın hər bir növü barəsində səhifədə məlumatlar əldə edə bilərsiz.

MƏQALƏLƏR
ÇAP MATERİALLARI
VİDEOLAR
TEZ-TEZ VERİLƏN SUALLAR

Zorbalıq nə deməkdir?

Zorbalıq təkrarlanan və kiməsə zərər vermək niyyətində olan təcavüzkar hərəkətlərə aiddir. Fiziki, psixoloji və ya şif ahi təcavüz forması ola bilər.

Zorakılıqdan zərər çəkmiş şəxslərə dəstək xidmətləri var?

  • Zorakılığa məruz qalmış şəxslər üçün mərkəzlər
  • Sığınacaq və ya təhlükəsiz evlər
  • Qadınlar üçün krizis mərkəzləri
  • İİV/QİÇS-lə mübarizə mərkəzləri
  • Hüquq məsləhətxanaları
  • Sosial yardım mərkəzləri

İnsan istismarı nələrdir?

  • cinsi istismar;
  • məcburi əmək (xidmət);
  • köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti;
  • insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması;
  • şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması;
  • qadının surroqat ana kimi istifadə edilməsi.