UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Uşaq zorakılığı və statistika. Həll yolları

Uşaq zorakılığı-uşağın bədən xəsarətlərinə, sağlamlığına ziyan vurulmasına məhrumiyyətlərə, hətta ölümə gətirib çıxaran güc tətbiqi və ya hədə-qorxudur.

  • Uşaqlara qarşı kobud rəftarı dörd kateqoriyaya bölmək olar: 1.Emosional sui-istifadə, 2.Qayğının olmaması, 3.Fiziki zorakılıq, 4.Cinsi zorakılıq.
  • Emosional sui istifadə. Bu sözlə ifadə olunan mənəvi vəya psixoloji təhqir formasıdır.
  • Qayğının olmaması. Uşaqların əsas ehtiyaclarını ödəyə bilməməsidir.
  • Uşağa psixoloji laqeydlik sevginin, emosional dəstəyin olmamasında ,onu pis vərdişlərdən qorumaq bacarıqsızlığında özünü göstərir.
  • Uşaqlara qarşı etinasızlıq "Sosial Yetimlik"f enomenini ortaya qoyur.
  • Fiziki zorakılıq. Uşağa bədən xəsarəti yetirməkdir: yaralama, yandırma,silkələmək,döymək və s.
  • Cinsi zorakılıq. Bu uşağa uyğun olmayan cinsi davranış, ona yönəlmiş məcburi cinsi istismardır. Bu cür zorakılıqlar uşaqların mənəviyyatının məhv olmasına gətirib çıxarır.
  • Ailə zorakılığı uşaqlara qarşı ən gizli zorakılıq forması olduğu üçün onunla bağlı statistik məlumatlar əldə etmək çox vaxt çətinlik yaradır.
  • Unicef-in məlumatına əsasən, 2-4 yaşlı uşaqların dörddə üçü valideynləri və ya baxıcıları tərəfindən mütəmadi olaraq zorakı intizama məruz qalırlar.
  • Dünyada, bütün məktəb yaşlı uşaqların yarısı(732 milyon uşaq) qanuniqoruma olmadan məktəbdə bədən cəzasının tamamilə qadağan edilmədiyi ölkələrdə yaşayır.
  • 13-15 yaş arasındakı hər 3 tələbədən 1-i təcavüzə məruz qalır. Bu dünyada 130 milyona yaxın tələbədir.
  • Uşaq müdafiəsi ilə bağlı qanunlara, layihələrə, təşkilatların fəaliyyətinə baxmayaraq, uşaq zorakılığı hələ də sürətlə davam etməkdədir.
  • Bu Luizadır.Anası tərəfindən zəhərlənərək öldürülən qız.
  • Şəkildə gördüyünüz bu uşaq isə atası tərəfindən dəmir boru ilə döyülərək öldürülüb.
  • Bir neçə ay öncə itkin düşən,1 ay sonra yandırılmış cəsədi tapılan Nərmin.
  • İkranur isə sadəcə günlər əvvəl itkin düşüb və 4 gün sonra boğularaq öldürülmüş cəsədi tapılıb.
  • Ailə zorakılığının daha bir növü də erkən nigahlardır.
  • Bəs ən çox erkən nigahlar harda başverir?
  • Afrika, qadınlar üzrə erkən nigahda 37% olmaqla, birinciyerdədir.
  • Dövlət Statistika Komitəsi, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin maddi və texniki dəstəyi ilə birgə ölkənin regionlarının şəhər və kənd yerlərində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” aparılan statistik müayinəyə əsasən, 18 yaşadək erkən nikaha daxil olan qadınların 38,9 faizi şəhər, 61,1 faizi isə kənd yerlərində qeydə alınıb. Dövlət Statistika Komitəsinin (DSK) saytında yerləşdirilmiş məlumata əsasən, 2007-2017-ci illərdə Azərbaycanda 27.847 qız nikah yaşına çatmadan evləndirilib. Lakin real vəziyyətin rəsmi rəqəmlərdən daha fərqli olduğu düşünülür, çünki əksər erkən evliliklər hər hansı şəkildə qeydiyyata düşmür.
  • Unicefin məlumatına uyğun olaraq, son onillik dəəldə edilən nəaliyyət nəticəsində 25 milyon erkən evliliyin qarşısı alınıb.
  • Ancaq, bu tərəqqi sürətlə inkişaf etməzsə, 120 milyona yaxın uşaq erkən evliliyin qurbanı olacaq.
  • Bundan başqa, uşaqların zorakılığına bir nümunədə internet və KİV vasitələrinin uşaqlara göstərdiyi mənfitəsirdəolabilər.
  • İlk olaraq, sosialşəbəkələr uşaqların fizioloji sağlamlığına təsir göstərir, yuxu və məşq kimi sağlam fəaliyyətə sərf edəbiləcəkləri vaxti azaldır.
  • Tədqiqatlar, xüsusəndə qızların sosial mediada tez-tez "kibertəqiblərə" məruz qaldıqlarına və bunun psixoloji pozuntulara səbəb olduğuna işarəedir.
  • Uşaqların istər fizioloji, istərsə də psixoloji sağlamlığının qorunması üçün onların internetdəki fəaliyyəti daim valideyn nəzarəti altında olmalıdır.
  • Bəs uşaqların müdafiəsi hüquqi olaraq nə dərəcədə dəstəklənir?
  • 1924 –cü ildə ilk dəfə olaraq Uşaqların hüquqlarını təminedən bəyənnamə qəbuledilmişdir. Bu bəyənnamədə deyilirdiki, "bəşəriyyət məcburdurki, uşaqları ən yaxşı şeylərlə təminetsin". Bu bəyənnamənin qəbul edilməsində ilk işlər Eqlantin eGebb tərəfindən edilmişdir. Gebb müharibənin dəhşətlərindən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyac duyduğlarını anlamış və bacısı ilə birgə Londonda Uşaqlarınmüdafiəsi Fondunu yaratmışdır.
  • Uşaqların hüquqlarının müdafiəsi üçün yaradılan bir başqa təşkilat olan Unicef 1954-cü ildə təsis edilmişdir.
  • 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən "Uşaq Hüquqları Konvensiyası" qəbul edildi.
  • Azərbaycan 1992-ci ildə dünyada Uşaq hüquqları haqqında Konvensiyanı ratifikasiya edən ilk ölkələrdəndir.
  • UNICEF-in ilk ölkə proqramının əsası isə 1993-cü ildə qoyulmuşdur.
  • Həmin proqram, əsasən, immunlaşdırma, səhiyyə, reabilitasiya, qidalanma, təhsil və uşaqların müdafiəsi kimi təxirəsalınmaz və təcili humanitar məsələlərlə məşğul olub.
  • UNİCEF tamamilə könüllü yardımlar hesabına fəaliyyət göstərir.
  • Uşaqlara qarşı zorakılığın qarşısını almaq üçün nə edə bilərsiniz?
  • Uşaqların vəziyyətini müşahidə edin və hər hansı bir zorakılıq hadisəsi hiss edib gördüyünüz zaman Usaq Qaynar Xəttinə (116111) xəbər verin;
  • Susmayın! Keçirdiyiniz və müşahidə etdiyiniz zorakılıqlar haqqında danışın;
  • Zorakılıq əlamətlərinə diqqət yetirin;
  • Uşaqlara qarşı olan qrup təcavüzü və digər zorakılıq formalarını qadağan etmək və kökünü kəsmək üçün məktəb və cəmiyyəti səfərbər edin;
  • Uşaqlara sui-istifadədən və zorakılıqdan qorunmağı öyrədin;
  • Uşaqlara qeyri-zorakı metodlarla münaqişələri həll etməyi öyrədin;
  • Zorakılıq tətbiq etməyin.
  • Uşaqlar bizim gələcəyimizdir".
  • Gəlin, gələcəyimizi məhv etməyək!