UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Hər kəs zorakılığın qurbanı ola bilər

Həm kiçik yaşlı uşaqlar, həm də yeniyetmələr zorakılığın qurbanı ola bilərlər. Uşaqlara qarşı zorakılıq ailə daxilində, təhsil və tərbiyə müəssisələrində, küçədə və iş yerlərində (15 yaşdan yuxarı uşaqlar ) baş verə bilər.

Zorakılığın başvermə yerləri, zorakılığa məruz qalmış uşağın psixi və fiziki vəziyyəti, davranış tərzi barədə məlumatlı olmaq bu halların baş verməsinin və ya təkrarlanmasının qarşısını almaqda xüsusi əhəmiyyətə malikdir. dedikdə, ailə üzvləri, ailəyə yaxın şəxslər və ya uşağa qayğı göstərən dayə tərəfindən uşağa qarşı baş verən mənəvi, fiziki və cinsi zorakılıq, ətraf mühitdən təcrid edilmə, laqeyd münasibət  və ya etinasızlıq halları başa düşülür.

Uşaqlar, tərbiyəçilər və ya müəllimlər tərəfindən zorakılığa (yeməyin az verilməsi, təmizliyinə diqqət edilməməsi, yatmağa məcbur edilməsi, döyülməsi və məruz qala bilər. Uşaq və yeniyetmələr müəllimləri və yaşıdları tərəfindən kobud, alçaldıcı rəftar, fiziki gücün tətbiqi, o cümlədən, döyülmə və ya cinsi zorakılıqla üzləşə bilərlər. Bu da uşağın məktəbdən qaçmasına, məktəbi tərk etməsinə və məktəbə getmək istəyinin olmamasına səbəb ola bilər.

Təhsildən yayınaraq məcburi əməyə cəlb edilən uşaqlar və ya 15 yaşdan yuxarı olan və qanuni əməklə məşğul olan yeniyetmələr müxtəlif növ zorakılıqla üzləşə bilərlər. Bu da onların fiziki, əqli, sosial və mənəvi inkişafına təhlükə yarada və ciddi zərər vura bilər. İş yerlərində uşaqlara qarşı zorakılığın böyük hissəsi özlərindən yaşca böyük iş yoldaşları, müştərilər və işəgötürənlər tərəfindən edilir. Cəmiyyətdə uşaq zorakılığı (döymə, cinsi istismar, əməyin ağır formalarına məcbur etmə, pornoqrafik filmlərə cəlb etmə  və s.) əsasən böyüklər, uşaqdan yaşca böyük uşaqlar tərəfindən uşaqların olduqları istənilən yerlərdə baş verə bilər.

Zorakılığa məruz qalmış uşağın vaxtında aşkar edilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, qısa və ya uzun müddət davam edən psixoloji və ya fiziki zorakılıq uşağın ölümünə və ya ağır travma almasına səbəb ola bilər. Uşağın zorakılığa məruz qalmasını müəyyən etmək üçün onunla hər gün ümumi söhbətlər aparmaq, onun davranışına, geyim tərzinə, zərərli vərdişlərin olub-olmamasına, böyüklərlə və yaşıdları ilə münasibətlərinə və s. amillərə diqqət yetirmək kifayətdir. Uşağın davranışında baş verən kəskin və qəfil dəyişikliklər zorakılğın əlaməti ola bilər.

Aşağıdakıların müşahidə edilməsi bir çox hallarda zorakılığın baş verməsindən xəbər verə bilər:

  • uşaq gecə pis yatır, gecə qarabasmaları və qorxusu olur
  • yorğun, sifəti solğun olur
  • qarın ağrısı, mədə bulanması və baş ağrısından  əziyyət çəkir.
  • uşağın qidalanmasında problemlər yaranır
  • uşaqda özünəqapanma müşahidə edilir.
  • özünə hörmət və inam hissi azalır
  • uşaq dostlara qarşı aqressiv və ya laqeyd olur
  • uşaqda cüzi stress narahatlıq və həyəcan yaradır
  • uşaq ətrafa qarşı laqeyd olur, ünsiyyətə və ya əvvəllər maraq göstərdiyi fəaliyyətə qoşulmur
  • böyüklərin diqqət və qayğısına ehtiyac duyur