Fiziki aktivlik (ümumi məlumat)

Fiziki aktivlik - enerji sərf edən bədən hərəkətləridir və hər kəs üçün faydalıdır. Mütəmadi hərəkətlər qeyri-infeksion  xəstəliklərin  yaranma  riskini azaldır. Fiziki aktivlik oynaqlar, əzələ və sümükləri möhkəm və güclü edir.

MƏQALƏLƏR
ÇAP MATERİALLARI
VİDEOLAR
TEZ-TEZ VERİLƏN SUALLAR

İdman edərkən çox tez tənginəfəs olmanın səbəbi nə ola bilər?

İdman edərkən tez bir zamanda tənginəfəs olmaq, hava çatışmazlığı yaşamaq bir çox səbəb və problemlərdən qaynaqlana bilər. Artıq çəki, ağ ciyər və ya ürəkdə problemlər, qan dövranın pozulması və sairə. Problemin dəqiq nədən qaynaqlandığını müəyyən etmək üçün həkim-mütəxəssisə müraciət etməyiniz məsləhətdir.

İdmanla məşğul olmağı səvməyənlər üçün minimal fiziki aktivlik hansı növ nə qədər müddət olmalıdır?

Sağlam böyümək, xəstəliklərdən uzaq, sağlam həyat yaşamaq üçün ən azı gündəlik fiziki aktivliklə məşğul olmaq mütləqdir. Dostlarınızla birlikdə fiziki aktiv olun.  5-17 yaş arası uşaq və yeniyetmələr gündəlik 60 dəqiqədən az olmayaraq orta intevsivlikdə müxtəlif fiziki aktivlik formaları ilə məşğul  olmalıdırlar. Gündəlik 60 dəqiqədən çox fiziki aktiv olmaq onların sağlamlığına daha müsbət təsir göstərə bilər. Gündəlik fiziki aktivliyin əsas hissəsini aerobik fəaliyyət təşkil etməlidir. Skelet-əzələ toxumalarının inkişaf etdirilməsi üçün yüksək intensivlikli fiziki aktivlik həftədə minimum 3 dəfə yerinə yetirilməlidir.

Fiziki aktiv olmaq üçün nə etməliyəm?

3 qrup fiziki aktivlik hərəkətləri var: aerobika, əzələ və sümükləri möhkəmləndirən hərəkətlər. Gün ərzində 60 dəqiqə və ya daha çox vaxt aerobika ilə məşğul olmaq lazımdır. Gün ərzində aerobikaya sərf edilən 60 dəqiqənin bir hissəsini (ən azı həftənin 3 günü) əzələləri möhkəmləndirən fiziki aktivliyə yönəltmək məsləhət görülür.

Həfətədə ümumi olaraq nə qədər idmana vaxt sərf etmək lazımdır?

Həftədə ən az 150 dəqiqə idmana və ya müəyyən fiziki hərəkətlərə yer verilməlidir