UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR

Hərəki qabiliyyətlərin qiymətləndirilməsi (Dinamika)

Fiziki tərbiyə dərslərinin məqsədi uşaqlarda sürət, sürət-güc, bədənin əyilmə qabiliyyəti, qüvvə, çeviklik və dözümlülük hərəki qabiliyyətləri üzrə ilkin bacarıq və vərdişlərin formalaşdırılmasıdır. Cədvəl 5-də hərəki qabiliyyətlər və onların optimal inkişaf dövrləri göstərilmişdir. Dinamikada hərəki qabiliyyətlərin qiymətləndirilməsi dərs ilinin əvvəlində, ortasında və sonunda həyata keçirilir. Qiymətləndirmə dinamikada hər bir uşaq üçün fərdi götürülür. Məsələn, əgər bir uşaq 100 metrlik məsafəni 10 dəqiqəyə fəth edirsə, ilin sonunda isə bu göstərici 5 dəqiqəyə çatdırılıbsa, bu həmin uşağın hərəki qabiliyyətinin inkişaf etməsi deməkdir. Cədvəl 6-də uşaq və yeniyetmələrdə yaş həddinə görə bəzi hərəki qabiliyyət və psixo-motor funksiyaların inkişaf dövrləri nəzərinizə çatdırılır.

Cədvəl 5. Hərəki qabiliyyətlər və onların optimal inkişaf dövrləri

Hərəki qabiliyyətlər

Optimal inkişaf dövrləri

1

Sürət

Hər hansı bir hərəkətin mümkün qədər qısa zaman ərzində icra edilməsidir

11-14 yaş

2

Sürət-güc

Əşyanı yüksək sürətlə hərəkət etdirmək üçün orta müqaviməti dəf edə biləcək bir gücdür. Bu hərəki qabiliyyət əsasən bədənin yuxarı və aşağı ətraflarının zərbəsi və təkanı anında təzahür edir .

qızlarda:       9-11-yaş

oğlanlarda: 10-13 yaş

3

Bədənin əyilmə qabiliyyəti

Əzələ və bağların dartınıb gərilməsi ilə müşayiət olunan oynaq hərəkətini maksimal həddə çatdırmaq qabiliyyətidir.

6-11 yaş

4

Qüvvə

Əzələ yığılmasından istifadə etməklə müqaviməti dəf etmək qabiliyyətidir.

7-18 yaş

5

Çeviklik

Yeni hərəkəti tez, asan mənimsəmək, hərəki fəaliyyətini dəyişən şəraitin tələblərinə müvafiq qurmaq və həmişə optimal həll variantı tapmaq qabiliyyətidir

8-13 yaş

6

Dözümlülük

Fərdin müxtəlif intensivlikli fiziki yükü uzun zaman icra etmə və yorulmaya qarşı dayanıqlılıq qabiliyyətidir.

14-19 yaş