UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR

Fiziki fəaliyyətsizlik ciddi xəstəliklərə yol açır

Aşağı fiziki fəallıq dünyada baş verən ölüm hadisəsinin davranışla bağlı ən əhəmiyyətli dörd risk amilindən biri hesab edilir. Bir çox ölkələrdə insanlar, xüsusilə gənclər arasında oturaq həyat tərzi sürənlərin sayı artır və bu da qeyri-infeksion xəstəliklərin inkişafına və ümumi əhalinin sağlamlığına mənfi təsir edir. Qeyri-infeksion xəstəliklər əksər ölkələrdə xəstəlik yükünün böyük hissəsi və vaxtından əvvəl ölümlərin əsas səbəbidir.

Bu xəstəliklər qrupunda 4 əsas patologiya üstünlük təşkil edir: ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, xronik obstruktiv ağciyər xəstəlikləri və şəkərli diabet.

Lazımi intensivlikdə müntəzəm fiziki fəallıq:

  • əzələlərin, həmçinin ürək və tənəffüs sisteminin vəziyyətini yaxşılaşdırır;
  • sümüklərin və funksional sağlamlıq vəziyyətini yaxşılaşdırır;
  • hipertoniyanın, ürəyin işemik xəstəliyinin, insultun, diabetin, süd vəzisinin və yoğun bağırsağın xərçəngini, həmçinin depressiyanın inkişaf riskini azaldır;
  • travmaların, həmçinin bud boynu və onurğanın sınma riskini azaldır;
  • energetik mübadilənin və normal çəkinin saxlanmasının əsasını təşkil edir.