UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR

Fəal ol, sağlam ol!

Fiziki aktivlik bədəni depressiya, qorxu və stresdən qoruyur. Fiziki aktivlik ömrü uzadır və daha sağlam və xoşbəxt yaşamağı təmin edir.

Nə üçün fiziki aktiv deyilik?

Adətən, biz vaxt çatışmazlığı və yorğunluqdan şikayət edirik. Bədən tərbiyəsinə  ayıracağımız həmin  dəyərli vaxtı əsasən nəyə sərf edirik?  Divanda uzanaraq televizora baxmaq, video oyunlar oynamaq, sosial şəbəkələrdə ünsiyyətdə olmaq, dostlarla içki içmək və ticarət mərkəzlərində vaxt keçirməklə vaxtımızı itiririk...

Sağlamlıq naminə fiziki aktivliyi vərdişə çevirmək lazımdır.

Fiziki aktiv olmaq üçün nə etməliyik?

3 qrup fiziki aktivlik hərəkətləri var: aerobika, əzələ və sümükləri möhkəmləndirən hərəkətlər.

Gün ərzində 60 dəqiqə və ya daha çox vaxt aerobika ilə məşğul olmaq lazımdır. Gün ərzində aerobikaya sərf edilən 60 dəqiqənin bir hissəsini (ən azı həftənin 3 günü) əzələləri möhkəmləndirən fiziki aktivliyə yönəltmək məsləhət görülür.

Uşaq və yeniyetmələr üçün 3 növ fiziki aktivlik mövcuddur:

Aerobika

Uşaqlar üçün: Piyada gəzmək, sürətli gəzmək, buzda sürüşmək, xizəksürmə, konki sürmək, velosiped sürmək, “qaçdı-tutdu” kimi aktiv oyunlar oynamaq, iplə hoppanmaq, qaçmaq, futbol, buz və ya otüstü xokkey, basketbol, tennis kimi idman növləri ilə məşğul olmaq, üzgüçülüklə məşğul olmaq, ritmik (cəld) rəqs etmək.

Yeniyetmələr üçün: Piyada gəzmək, buzda sürüşmək, xizəksürmə, konki sürmək, velosiped sürmək (trenajor və ya yolda sürmək), avar çəkmək, bağ təmizləmək (ot biçmək), buz və ya otüstü xokkey,voleybol, futbol, basketbol, tennis kimi idman növləri ilə məşğul olmaq, iplə hoppanmaq, karate ilə məşğul olmaq, qaçmaq, üzgüçülüklə məşğul olmaq.

Əzələlərin möhkəmləndirilməsi

Uşaqlar üçün: Kəndir və ya ip dartmaq, müxtəlif formada jim etmək (döşəmədə dizüstə), iplə hoppanmaq və ya ağaca dırmanmaq, press etmək, yelləncəkdə yellənmək.

Yeniyetmələr üçün: Kəndir  və ya ip dartmaq, jim etmək, divara dırmanmaq, press etmək.

Sümüklərin möhkəmləndirilməsi

Uşaqlar üçün: “Klas” kimi oyunlar oynamaq, hoppanmaq, tullanmaq, iplə hoppanmaq, qaçmaq, gimnastika, basketbol, voleybol, tennis kimi idman növləri ilə məşğul olmaq

Yeniyetmələr üçün: Hoppanmaq, tullanmaq, iplə hoppanmaq, qaçmaq, gimnastika, basketbol, voleybol, tennis kimi idman növləri ilə məşğul olmaq.