Stress və onun tənzimlənməsi

Bəzən həyacanlı, əsəbi və ya narahat olmaq normaldır. Ola bilsin ki, bir qrup qarşısında danışmaq məcburiyyətində qaldığınız zaman narahat oldunuz və ya sınaqdan, böyük bir imtahandan əvvəl əsəb keçirdiniz. Ola bilsin ki, ətrafınızın təhlükəsiz olduğuna əmin olmadığınız zaman narahat olmusunuz. Və ya sevdiyiniz yaxınınızdan biri xəstələnəndə narahat olmusunuz. İnsanların çoxu həyatları boyu bu və digər səbəblərdən həyacan, stress və ya təşviş keçirir. Əsas olan belə gərgin anlarda öz emosional durumunuzu normallaşdıra biləsiz və orqanizmdə stresin yarada biləcək xəstəliklərə yol açmasına imkan verməyəsiz. Stress və onu tənzimləyə bilmənin yollarını səhifədə öyrənə biləcəksiz.

MƏQALƏLƏR
VİDEOLAR
Stress yoxsa sağlamlıq?

            

Fobiyalar

    

TEZ-TEZ VERİLƏN SUALLAR

Narahatlıq nə vaxt problem olur?

Bəzi insanlar çox güclü narahatlıq hiss edirlər. Onların öhdəsindən gələ bildiklərindən daha çox görünür. Narahatlıqlar və ya qorxular onların çox vaxtını və enerjisini alır. Bəzi insanlar onları narahat edən şeylərdən qaçmağa başlaya bilər. Bu şeylər narahatlıq pozğunluğunun əlamətləri ola bilər. Əgər narahatlığın çox olduğunu hiss edirsinizsə, valideynə, məktəb məsləhətçisinə və ya həkiminizə məlumat verin. Anksiyete pozğunluqlarının müalicəsi var. Kömək almağa nə qədər tez başlasanız, bir o qədər yaxşı hiss edəcəksiniz.

Stress insanda hansı amillərlə özünü biruzə verir?

  • baş ağrısı;
  • bel ağrısı;
  • boyun və çiyinlərdə ağrılar;
  • mədə ağrısı və sancısı;
  • gərginləşmiş əzələlər;
  • sıxılmış çənə;
  • enerji səviyyəsinin aşağı enməsi və yuxunun pozulması;
  • fəaliyyət və iş yükü dəyişməməyinə baxmayaraq, yorğunluq hissi;
  • narahat yuxu

Vahiməli yuxular nə vaxt baş verir?

Vahiməli yuxular - əksər yuxular kimi - beynin çox aktiv olduğu yuxu mərhələsində baş verir. Beyinin emal etdiyi canlı görüntülər və onların təkan verdiyi emosiyalar real hiss edilə bilər.

Yuxunun bu hissəsi “sürətli göz hərəkəti” və ya REM mərhələsi kimi tanınır, çünki bu mərhələdə gözlər bağlı göz qapaqları altında sürətlə hərəkət edir. Gecə vahimələri gecə yuxusunun ikinci yarısında, REM mərhələləri daha uzun olan vaxtlarda çox görülür.

Uşaqlar vahiməli yuxudan oyandıqda yuxuda gördükləri “gözləri qabağında” qalır və real görünə bilər. Buna görə də, yuxudan ayıldıqda qorxu və üzülmə hiss etmək və rahatlamaq üçün valideynləri çağırmaları təbiidir.

Təxminən məktəbəqədər yaşa çatdıqda uşaqlar kabusların və ya gecə vahimələrinin sadəcə bir yuxu olduğunu və baş verənlərin real olmadığını və onlara heç bir zərər verə bilməyəcəyini başa düşməyə başlayırlar. Ancaq bunu bilmək onları qorxu hissindən azad etmir. Hətta daha böyük yaşlı uşaqlar gecə vahimələrindən ayıldıqda qorxu hissi keçirir.

Həyacan yaşayanda ürək döyünütlərim niyə artır?

Bədən bir təhlükə hiss etdikdə simpatik sinir sistemi aktivləşərək “savaş və ya qaç” reaksiyasını başladır. Bu, bədənin qəbul edilən təhlükəyə cavab verməsinə kömək etmək üçün nəbzini, qan təzyiqini və tənəffüsü artıran kortizol və adrenalin kimi stress hormonlarının sərbəst buraxılması ilə nəticələnir.

Stressi necə azaltmaq olar?

Kifayət qədər yuxu, sağlam qidalanma, müntəzəm fiziki aktivlik, gəzintilər və pozitiv insanlarla ünsiyyətlə stressi minimuma endirmək olar. Qeyd olunanlar stressi azaltmağa fayda verməsə həkimə müraciət etməniz məsləhətdir.