UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblinin psixi sağlamlığı / MƏQALƏLƏR
Stress – insanın gözlənilməz, gərgin şəraitlə qarşılaşarkən verdiyi emosional reaksiyadır. Qısa müddətli və nadir hallarda baş verən stress hallarının sağlamlığa təsiri azdır. Həddindən artıq stress – əsəbilik, narahatçılıq, depressiya, baş ağrısı, yuxusuzluq kimi fəsadlara səbəb ola bilər. Stess halları aradan qalxmadıqda və ya uzun müddət davam etdikdə, orqanizm daim oyanıq vəziyyətdə olur. Bu, orqanizmi zəiflədir və nəticədə, xəstəliyə tutulma riskləri artır. Stressin ilkin əlamətləri: əhval-ruhiyyənin aşağı olması, sağlamlıqla bağlı problemlərin yaranması və s.. Stressə davamlılığı artırmağa kömək edir: kifayət qədər yuxu, sağlam qidalanma, müntəzəm fiziki aktivlik, gəzintilər və pozitiv insanlarla ünsiyyət. Stressin öhdəsindən gəlmək üçün alkoqol, tütün və digər zərərli maddə istifadəsindən çəkinin. Sizi narahat edən fikirləri ailə üzvlərinizlə və ya virtual olaraq dostlarınız və ya yaxınlarınızla bölüşün. Unutmayın: ünsiyyət, zövq aldığınız işlər, sağlam həyat tərzi, təmiz hava streslə mübarizədə effektiv metodlardır.