UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblinin psixi sağlamlığı / MƏQALƏLƏR

Gecə qorxulu yuxular görmə (vahiməli yuxular, kabuslar)

Hətta kiçik yaşlı uşaqlar xoş və xoş olmayan yaxud qorxulu və vahiməli yuxular barədə sizə danışa bilər. Demək olar ki, hər bir uşaq vaxtaşırı qorxulu və ya üzücü yuxu görmə təcrübəsi yaşayır. Ancaq vahiməli yuxular adətən məktəbəqədər yaşlarda ən yüksək həddə çatır. Maraqlıdır ki, məhz bu yaşlarda qaranlıqdan qorxu halları da çox geniş rast gəlinir.

Vahiməli yuxuların (kabuslar) qarşısını tam almaq mümkün deyil. Buna baxmayaraq, valideynlər dinc bir gecə istirahəti üçün müvafiq hazırlıqlar görə və ya zəmin yarada bilərlər. Beləliklə, vahiməli yuxular vaxtı gəldikdə, sizin dəstəyiniz və verdiyiniz təsəlli tez bir zamanda uşağın rahatlamasına kömək edəcək.

Vahiməli yuxular nə vaxt baş verir?

Vahiməli yuxular - əksər yuxular kimi - beynin çox aktiv olduğu yuxu mərhələsində baş verir. Beyinin emal etdiyi canlı görüntülər və onların təkan verdiyi emosiyalar real hiss edilə bilər.

Yuxunun bu hissəsi “sürətli göz hərəkəti” və ya REM mərhələsi kimi tanınır, çünki bu mərhələdə gözlər bağlı göz qapaqları altında sürətlə hərəkət edir. Gecə vahimələri gecə yuxusunun ikinci yarısında, REM mərhələləri daha uzun olan vaxtlarda çox görülür.

Uşaqlar vahiməli yuxudan oyandıqda yuxuda gördükləri “gözləri qabağında” qalır və real görünə bilər. Buna görə də, yuxudan ayıldıqda qorxu və üzülmə hiss etmək və rahatlamaq üçün valideynləri çağırmaları təbiidir.

Təxminən məktəbəqədər yaşa çatdıqda uşaqlar kabusların və ya gecə vahimələrinin sadəcə bir yuxu olduğunu və baş verənlərin real olmadığını və onlara heç bir zərər verə bilməyəcəyini başa düşməyə başlayırlar. Ancaq bunu bilmək onları qorxu hissindən azad etmir. Hətta daha böyük yaşlı uşaqlar gecə vahimələrindən ayıldıqda qorxu hissi keçirir.

Gecə vahimələrinə (kabuslara) nə səbəb olur?

Heç kim gecə vahimələrinin dəqiq səbəbini bilmir. Yuxular - və həmçinin gecə vahimələri - uşaqların qarşılaşdıqları vəziyyətlərə dair düşüncələrini və hisslərini əks etdirə və keçirdikləri həyacan və narahatlıq hisslərinin idarə edilməsinin bir yolu da ola bilər.

Gecə vahimələri bəzən uşaqda stress olduqda və ya uşaq həyatda dəyişiklik ilə üzləşdikdə baş verir. Narahatlığa səbəb ola biləcək hadisələr və ya vəziyyətlər - məsələn, başqa yerə köçmək, yeni məktəbə getmək, bacı-qardaşın doğulması və ya ailədaxili gərginlik - həmin yuxularda  əks oluna bilər.

Bəzən kabuslar təbii fəlakət, qəza və ya zədələnmə kimi travmatik hadisələrə qarşı uşağın bir reaksiyasıdır. Bəzi uşaqlarda, xüsusən də yaxşı təxəyyülü olanlarda, yatmazdan əvvəl qorxulu kitablar oxumaq və ya qorxulu filmlərə və ya televiziya şoularına baxmaq vahiməli yuxuları təhrik edə bilər.

Bəzən gecə vahimələri gün ərzində baş vermiş hadisələrin və təcrübələrin müxtəlif hissələrini özündə cəmləşdirir. Uşaq bütün detalları xatırlamasa da, adətən gördüyü vahimələrdən bəzi şəkilləri, personajları və ya vəziyyətləri və qorxulu hissələri xatırlaya bilər.

Şirin yuxuların təşviqi.

Valideynlər gecə vahimələrin qarşısını ala bilməsələr də, uşaqlara rahat bir gecə yuxusu almağa kömək edə bilər. Valideynlər uşaqlar tərəfindən şirin yuxular görməsinə kömək edə bilər.

Yatmazdan əvvəl uşağın relaksasiyası üçün aşağıdakılar tövsiyə olunur:

  • Müntəzəm yuxu alma və oyanıqlıq vaxtı,
  • Stabil yuxu rejiminə sahib olmaq və yuxuya getdikləri zaman özlərini təhlükəsiz hiss etmək. Burada, vanna qəbul etmək, sizin qucaqlamanız, kitab oxumaq və ya günün xoş hadisələri barədə sakit səslə şirin söhbət etməkdən ibarət ola bilər.
  • Sakitləşmək üçün rahat və dinc çarpayıya sahib olmaq. Sevimli oyuncaqlar, heyvan müqəvvaları, gecə yanlı işıq kömək edə bilər.
  • Yatmazdan əvvəl qorxulu filmləri, televiziya şoularını izləməmək və hekayələri oxumaqdan çəkinmək (xüsusilə də, əvvəllər vahiməli yuxulara səbəb olmuşdursa).
  • Gecə vahimələrinin gerçək olmadığını, sadəcə yuxu olduğunu və zərər verə bilməyəcəyini bilmək. 

Gecə vahimələrindən sonra nə etməli?

Vahiməli yuxudan oyandıqdan sonra uşağınıza necə kömək edə bilərsiniz:

Uşağınızı onun yanında olduğunuza inandırın. Uşağınızın yanında olmağınız, qorxu hissi ilə oyandıqdan sonra ona, özünü təhlükəsiz və müdafiə altında olduğunu hiss etməyə kömək edəcəkdir. Yuxudan oyandıqda yanında olacağınızı bilmək, uşağınızın təhlükəsizlik hissini gücləndirəcəkdir.

Baş verənlərə düzgün ad verin. Uşağınıza hiss etdiyinin gecə vahimələri (kabus) olduğunu və  bitdiyini izah edin. "Pis yuxu gördün, amma indi oyaqsan və hər şey qaydasındadır" kimi sakitləşdirici sözlərdən istifadə edə bilərsiniz. Vahiməli yuxularda gördüklərinin real həyata keçmədiyinə əmin edin. Uşağınıza kabusdakı qorxulu şeylərin real dünyada baş vermədiyinə inandırın.

Təsəlli verin. Uşağınızın qorxduğunu anladığınızı və bunun normal olduğunu bildirin. Uşağınıza xatırladın ki, hər kəs yuxu görür və bəzən bu yuxular qorxulu, üzücü və çox real görünə bilər, ona görə də onlardan qorxmaq təbiidir.

Siz də təxəyyülünüzü istifadə edin və sehirbaz olun. Məktəbəqədər və kiçik məktəb yaşlı uşaqların çox aktiv təxəyyülləri olur. Onlara qarşı sevginiz və qoruma hissi möcüzələr yarada bilər. “Xüsusi sprey ilə yuxudakı canavarları yox edə bilərsiniz”. Uşağın yatdığı otaqda çarpayının altını, paltar şkafını yoxlayın və hər şeyin normal olduğuna əmin edin.

“Əhval-ruhiyyənin işıqlandırılması”. Yatmağa hazırlaşan uşaqlar üçün yatak otağında xüsusi gecə işığı və ya dəhlizdə işığın yanlı saxlanması, uşaqlara qaranlıq otaqda özlərini təhlükəsiz hiss etmələrinə kömək edə bilər. Yataq yanındakı işıq lampasından istifadə gecə vahimələrinə qarşı faydalıdır.

Uşağınızın yenidən yuxuya getməsinə kömək edin. Təsəlli verməklə və dəstək göstərməklə, müsbət əhval-ruhiyyə yaradın. Təkrar yuxuya getmək üçün aşağıdakılardan birini sınaya bilərsiniz: qucaqlayıb yatmaq üçün yumşaq hayvan oyuncağı, sevimli yorğan və ya yastıq, yanlı qalan gecə işığı və ya həzn musiqi. Həmçinin uşağınızın gördüyü yaxşı yuxuları onunla müzakirə edə bilərsiniz. 

Yaxşı dinləyici olun. Axşam saatlarında gecə vahimələri barədə danışmağa gərək yoxdur. Sadəcə, uşağınızı rahatlamağa və təkrar yuxuya getməsinə dəstək verin. Lakin, səhərlər uşağınız gördüyü vahiməli yuxuları sizinlə bölüşmək istəyə bilər. Həmin vahimələrin şifahi təsviri, və ya gördüklərinin hekayə kimi yazılması və ya rəsm kimi çəkilməsi, bu vahimələrin qorxuducu gücünü itirməsinə kömək edə bilər. 

Əksər uşaqlar gecə vahimələrini arada-bərədə görür və ciddi narahatlığa səbəb olmur. Belə hallarda sadəcə valideynin dəstəyi və onları rahatlaması və arxayınlıq hissini yaratması yetərli olur. Əgər vahimələr tez-tez baş verirsə və uşağınızın kifayət qədər yuxu almasına mane olursa və ya digər emosional və ya davranış problemləri ilə yanaşı müşayiət edilirsə, mütləq həkiminizlə danışın.