Oğlanların şəxsi gigiyenası

Yetkinlik hər bir insanın həyatında baş verən normal prosesdir. Oğlanlarda cinsi yetkinlik 10-14 yaşlarda başlayır və yeniyetmələrin görünüşündə və davranışında dəyişikliklər baş verir. Bu dəyişikliklər oğlanların tədricən kişiləşməsi prosesinin başlanğıcıdır. Bədənində baş verən dəyişiklikləri bilmək yeniyetmələri bir çox problemlərdən və əsassız narahatlıqlardan qoruya bilər.

MƏQALƏLƏR
ÇAP MATERİALLARI
VİDEOLAR
TEZ-TEZ VERİLƏN SUALLAR

İdmanda əzlələrimi necə böyüdüm?

İdmanla məşğul olmaq çox faydalıdır, lakin yeniyetməlik dövründə oğlanların əksəriyyəti “üçbucaq” bədənə sahib olmaq üçün əzələ yığmağa çalışırlar. Bu zaman böyüyən əzələlərin dəriyə uyğunlaşmaması meydana çıxır, nəticədə bədəndə çatlar yaranır. Buna görə də əzələlərin tam inkişafı vacibdir. Əzələlərin böyüməsinə yardım etmək üçün isə, sağlam qidalanma və düzgün fiziki aktivlik (üzmək, futbol oynamaq, velosiped sürmək və s.) tələb olunur.

Gecikmiş yetişkənlik hallarında nə baş verir?

Oğlanlarda gecikmiş yetişkənlik diaqnozu aşağıdakı hallarda qoyulur:

* Penis və xayalar 14 yaşa qədər böyüməyə başlamayaıb,

* xarici cinsiyyət orqanlarının böyüməsi 5 ildən çox davam edir,

* daha sürətlə böyüyən həmyaşıdlarla müqayisədə qısa boyluluq.

Gecikmiş cinsi yetişkənlik problemim varsa nə edim?

Sizdən fərqli olaraq, dostlarınızın böyüməsini və cinsi yetişkənliyinin inkişafını müşahidə etmək bəzən çətin ola bilər. Onlara çatmayacağınız barədə fikirlər sizi narahat edə bilər. Əminlik əldə etmək və özünə-inamı artırmaq üçün həkim və ya valideynlərinizlə narahatçılıqlarınızı bölüşün və dəstək alın.