UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR

Gigiyena və onun əhəmiyyəti

“Gigiyena" sözü “hygienos” yunan sözündən əmələ gəlib və "sağlamlıq gətirən" deməkdir. Sadə, gündəlik yerinə yetirilən gigiyenik prosedurlar insanın sağlam olmasına, orqanizmin normal inkişafına kömək edir, yüksək iş qabiliyyətini və aktivliyi saxlayır. Uşaqlıqdan şəxsi gigiyenaya riayət olunduqda, sonralar bu vərdişlər sağlamlığın şüurlu qorunmasına çevrilir. Həmyaşıdlarla, həm də digər insanlarla ünsiyyət və sosial əlaqələrin qurulmasını asanlaşdır. Müntəzəm gigiyenik prosedurlar bir çox yeniyetməliklə bağlı problemlərdən və xəstəliklərdən qoruya bilər. 

Dəri və ona qulluq Yeniyetməlik dövründə cinsi hormonların təsiri nəticəsində dərinin yağlanması artır və sızanaqların (akne) əmələ gəlməsinə gətirir. Yeniyetməlik dövründə cinsi hormonların təsiri nəticəsində dərinin yağlanması artır  və sızanaqların (akne) əmələ gəlməsinə gətirir. Ən çox sızanaqlar üzdə, sinədə, belin yuxarı hissəsində müşahidə olunur. Bəzi yeniyetmələrdə sızanaqların yaranmasına irsi meyillilik də səbəb ola bilər. Qidada acı, ədviyyat, kofe, kakao, tünd çay, yağların və karbohidratların çox olması sızanağın kəskinləşməsi ilə nəticələnə  bilər. Sızanaqların profilaktikası dərinin mükəmməl təmizliyi və piy vəzi axarı tıxaclarının qarşısının alınmasıdır. Bundan ötrü  üz isti su və keyfiyyətli neytral sabunla yuyulmalı, sonra soyuq su ilə yaxalanmalıdır. Lazım gəldikdə dərinin yağlılığını azaltmaq üçün onu 2%-lı salisil spirti ilə silmək olar. Fiziki aktivlik çox olduqda və idmandan sonra əlavə olaraq yuyunmaq tələb olunur. Sızanaqlar narahatlıq yaratdıqda dəri həkiminə və ya həkim-kosmetoloqa müraciət edilməlidir. Yeniyetməlik dövründə qoltuqaltı və cinsiyyət üzvləri (genital) nahiyələrdəki  tər vəziləri aktivləşir və bu da  xoşagəlməyən xarakterik iyin yaranmasına səbəb olur.  Ona görə yeniyetmələr gündəlik duş qəbulundan sonra mütləq antipersperant və ya dezodorantdan istifadə etməlidir. Dezodorant və antiperspirant arasında seçim  tərləmənin intensivliyindən  və yeniyetmənin şəxsi seçimindən asılıdır. Daha yaxşı olardı kı, gənclər  gümrahlıq üçün səhər duş, axşam isə günün gərginliyini götürmək üçün vanna qəbul etsinlər.

Saçlara qulluq

Yeniyetməlik dövründə saçlar daha tez yağlanır və mütəmadi qulluq    tələb edir. Yağlı saçlar daha tez-tez, quru saçlar isə həftədə 1 və ya 2 dəfə yuyulmalıdır. Saçın xüsusiyyətindən asılı olaraq (yağlı və ya quru) müvafiq növ şampun istifadə edilir. Başı yuyan zaman dərini dırnaqlarla cızmaq/zədələmək olmaz. Saçlar ilıq su ilə yaxşıca yaxalanmalıdır. Dəsmalla qurudulduqda bərk sıxmaq və burmaq məsləhət deyil. Qalın və uzun saçlar üçün  seyrək dişli daraq istifadə olunmalıdır,  sonra isə fırça-daraq  və ya  sıx dişli daraqla daranmalıdır.

Dırnaq və ayaqlara qulluq

Duş və ya vanna qəbulundan sonra dırnaqlar daha rahat  kəsilir: əl dirnaqları həftədə bir dəfə, ayaqlarda isə iki həftədən bir. Dırnağın  iti kənarlarının dəriyə batmaması üçün onlar əllərdə yarımdairəvi formada kəsilməlidir. Ayaq dirnaqları düz kəsilməlidir. Pis ayaq qoxusunun qarşısını almaq üçün ayaqları sabunla yuduqdan sonra yaxşı qurulamaq lazımdır. Ayaqqabıların və corabların təbii  materiallardan olması da buna kömək edir.

Tənasül (cinsi) üzvlərin gigiyenası

  • Səhərlər xarici tənasül üzvləri yuyulmalıdır
  • Sünnəti olmayan oğlanlar penisin başını örtən dərini geriyə çəkib onu içəridən yumalıdırlar
  • Gecə pollusiyasından (yaş yuxular) sonra alt paltarda və yataqda sperma qalır və yuyulmadıqda dəridə iltihabi proses törədə bilər
  • Pollusiyasından sonra alt paltarı və yataq dəsti dəyişməlidir
  • Dişlər fırça ilə üstdən-aşağı və geriyə istiqamətlərdə təmizlənməlidir; arxa dişlər, daxili səthlər və dilin üstü də unudulmamalıdır
  • Hər yeməkdən sonra ağız boşluğu yaxalanmalıdır ki, yemək qalıqları dişləri çürüdən mikrobların coxalmasına səbəb olmasın.
  • Dişlər ağrımasa da ildə iki dəfə diş həkiminin müayinəsi vacibdir. Dişlərin zədələnməsinin qarşısını almaq müalicə etməkdən daha asandır.

        Yeniyetmələrin gigiyenik prosedurları

  1. Gündəlik duş və ya vanna gəbul edilməsi.
  2. Saçların hər gün və ya günaşırı yuyulmas
  3. Gündə iki dəfə dişlərin fırçalanması. Diş ipindən gündəlik istifadə
  4. Alt paltarlarının və corabların gündəlik dəyişdirilməsi