Uşaqları və yeniyetmələri, xüsusilə də qızları zorakılığa qarşı müdafiəsiz vəziyyətə salan (oğlan uşaqlarının və kişilərin bu zorakılığı törətmək ehtimalını artıran) əsas faktor həm qızların qurbana çevrilməsinin, həm də oğlanlar və kişilərin bu işi törətməsinin sosial tolerantlığı ilə bağlıdır. Adətən bu sui- istifadə və ya istismar normal və kollektivlərin nəzarətindən kənar qəbul edilir; eyni zamanda, utanc hissi, qorxu və heç kəsin kömək etməyəcəyi inancı səlahiyyətli orqanlara bu əməllər barədə daha az məlumat verilməsi ilə nəticələnir. Bundan əlavə, qurbanlar adətən məruz qaldıqları zorakılıq üçün qınanılırlar. Ümumilikdə götürüldükdə, zorakılığın bu ümumi tolerantlığı, ayrılıqda isə intim partnyor və cinsi zorakılıq halları bir çox cəmiyyətlərdə qadınların və uşaqların aşağı statusu və gender və kişilik aspektlərini əhatə edən mədəni normalardan irəli gəlir.