MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Zorakılıq / MƏQALƏLƏR
Uşaqlara qarşı əksər zorakılıq hallarına uşağın inkişafının müxtəlif mərhələlərində baş verən şəxslərarası zorakılığın altı əsas növündən ən azı biri daxildir
Pis rəftar ( o cümlədən şiddətli cəza ) halına fiziki, cinsi və psixoloji /emosional zorakılıq və valideynləri, qayğı göstərən şəxslər və digər səlahiyyətli şəxslər tərəfindən adətən evdə, eləcə də, məktəb və internat məktəbləri kimi müəssisələrdə körpələrə, uşaqlara və yeniyetmələrə laqeyd yanaşmaq halları daxildir.
Zorbalıq (cümlədən kiber-zorbalıq) qurbanın bacısı – qardaşı olmayan, nə də onunla romantik əlaqədə olmayan digər uşaq və ya bir qrup uşaq tərəfindən arzuolunmayan aqressiv davranışdır. Buraya təkrarlanan fiziki, psixoloji və ya sosial zərbə daxildir və bu hal adətən məktəblərdə və uşaqların bir yerdə olduğu digər müəssisələrdə və online olaraq baş verir. Gənclərin zorakılığı 10-29 yaş arasında olan insanlar arasında izlənilir, adətən tanışlar və yad adamlar arasında kollektiv quruluşlarında baş verir, buraya silahlar ( silah və bıçaqlar) ilə və silahlar olmadan həyata keçirilən fiziki hücumlar və qrup zorakılığı və ya şiddəti daxil ola bilər.
İntim partnyor zorakılığı ( və ya məişət zorakılığı) halına intim partnyor və ya keçmiş partnyor tərəfindən törədilən zorakılıq və şiddət daxildir.
Kişilərin də qurban ola bilməsinə baxmayaraq, intim partnyor zorakılığı qeyri-mütənasib şəkildə əsasən qadınlara təsir edir. Bu hallar adətən uşaq və erkən yaşda bağlanan /məcburi nikahlarda qızlara qarşı baş verir. Romantik əlaqələri olan, lakin nikaha daxil olmamış yeniyetmələr arasında bu bəzən “ görüş zorakılığı” adlandırılır.
Cinsi zorakılıq halına narazı şəkildə tamamlanan və ya cəhd edilən cinsi əlaqə, kontaktsız, cinsi xarakterli narazı aktlar ( vuayerizm və ya cinsi təcavüz), razılığını və ya narazılığını bildirə bilməyən kəslərə qarşı törədilən cinsi alver aktları və online istismar daxildir.
Emosional və ya psixoloji zorakılıq və zorakıləğa şahidlik etmək hallarına uşağın hərəkətlərinin məhdudlaşdırılması,lağa qoyma, təhdid və hədə qorxu, ayrı-seçkilik, imtina və təcavüzkar davranışın digər qeyri-fiziki formaları daxildir. Zorakılığa şahidlik etmək halına uşağı zorakılıq aktını izləməyə məcbur etmək və ya iki və ya daha çox nəfər arasındakı zorakılığa təsadüfi şahidlik daxildir.
Bioloji cinsinə və ya gender identikliyinə görə qızlara və ya oğlanlara qarşı yönəldikdə, zorakılığın bu növlərindən hər hansı biri həmçinin gender əsaslı zorakılıq da hesab oluna bilər.