MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Zorakılıq / MƏQALƏLƏR
96 ölkədə uşaqlara qarşı zorakılıq hallarının yayılmasına dair milli səviyyədə aparılan reprezantativ araşdırma məlumatlarının təhlilindən aydın olur ki, qlobal səviyyədə 1 milyard uşaq-onların yarısından çoxu 2-17 yaş arasındadır – son ildə emosional, fiziki və ya cinsi zorakılığa məruz qalmışdır
Yüksək dərəcədə yayılmasına baxmayaraq, uşaqlara qarşı zorakılıq halları adətən gizlədilir, görülmür və ya bu barədə məlumat verilmir. Onun gizli xarakteri yaxşı sənədləşdirilir – məs., qlobal məlumatlardan ibarət metaanaliz rəsmi hesabatların təklif etdiyindən 30 dəfə çox uşaq cinsi istismar və 75 dəfə çox fiziki istismar halını müəyyənləşdirmişdir.
Xüsusilə, qızlar cinsi zorakılığa qarşı müdafiəsizdir. Məs., uşaqlıq dövründə cinsi istismarın bir ömür rast gəlinmə dərəcəsi qızlarda 18%, oğlanlarda isə 8%-dir. Qızlara qarşı cinsi zorakılıq əməllərinin törədiciləri əsasən kişilərdir. Qızlar həmçinin intim partnyorların zorakılığı (cinsi və / və ya fiziki); tanışlar və ya kənar adamlar tərəfindən təcavüz, uşaq və ya erkən yaşda/məcburi nikahlar, cinsi istismar və uşaq əməyi məqsədilə insan alveri və sünnət / cinsi orqanların kəsilməsi halları ilə daha çox qarşılaşırlar. Bu cür zorakılıq bir çox quruluşlarda, o cümlədən qızların təhlükəsizliyinin təmin edilməsi və onlara qayğı göstərilməli olduğu yerlərdə - evlərdə, məktəbdə, məktəbə gedərkən və məktəbdən qayıdarkən yolda, öz kollektivlərində və humanitar fövqəladə hallarda, köç və ya post – konflikt quruluşlarda baş verir.
Oğlanlar, odlu silah və bıçaqlar kimi silah növlərinin geniş istifadə edildiyi qətl hadisələrinin həm qurbanları, həm də törədiciləri olur
Bütün dünyada təxminən 15-19 yaşlı üç yeniyetmə qızlardan biri (84 milyon) həyat yoldaşları və ya partnyorları tərəfindən törədilən emosional, fiziki və / və ya cinsi zorakılığın qurbanı olmuşdur.
Qurbanların və törədicilərin 80%-dən artığını oğlanların təşkil etməsilə, yeniyetmələrdə baş verən ölüm hallarının beş əsas səbəbindən biri qətldir. Bundan əlavə, hər bir qətl hadisəsi nəticəsində zorakılıqdan xəsarət alan gənclər arasında əsasən kişi qurbanları üstünlük təşkil edir. Döyüşlərdə və hücumlarda qurban və törədicilər daha çox oğlanlar olur.
Qızların və oğlanların rastlaşdığı zorakılıqlarda yüksək nəticələri nəzərə alaraq, bu, uşaqların dəstək və ya digər xidmətlərin olmadığı, zorakılıq təsiri ilə yaşadığı mühitin daha canlı təsvirini verir. Bir çox ölkələrdə, bu problemin əsl miqyası çox aşağı dərəcədə göstərilir, bu qismən ona görədir ki, bu kimi halların yayılmasına dair aparılan hesablamalar, milli araşdırma məlumatlarından deyil, səhiyyə və ya ədliyyə sistemləri tərəfindən istifadə olunan inzibati məlumatlardan əldə edilir, qismən isə insanların – o cümlədən uşaqların – zorakılığı diqqət tələb edən problem kimi deyil, norma kimi görməsinə gətirib çıxaran geniş yayılmış inanclar ilə bağlıdır.
Bundan əlavə, bu cür zorakılıq barədə məlumat verməyən qızlar və oğlanlar adətən qınanılır və ya onlara inanmırlar və heç bir tədbir görülmür. Zorakılıq gizlədilə bilsə də, onun nəticələri sonda üzə çıxır, uşaqlar və böyüklər, kollektivlər və millətlər üçün davamlı və ya dözülməz tələfat yaradır.
2012-ci ildə qətl hadisələri yaşı 20-dən az olan 95000 uşaq və yeniyetmə haqqında iddialar qalmışdır; bu isə həmin il bütün qətl hadisələrinin demək olar ki, beşindən biri deməkdir.