MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Zorakılıq / MƏQALƏLƏR
Uşaqları və yeniyetmələri, xüsusilə də qızları zorakılığa qarşı müdafiəsiz vəziyyətə salan (oğlan uşaqlarının və kişilərin bu zorakılığı törətmək ehtimalını artıran) əsas faktor həm qızların qurbana çevrilməsinin, həm də oğlanlar və kişilərin bu işi törətməsinin sosial tolerantlığı ilə bağlıdır. Adətən bu sui- istifadə və ya istismar normal və kollektivlərin nəzarətindən kənar qəbul edilir; eyni zamanda, utanc hissi, qorxu və heç kəsin kömək etməyəcəyi inancı səlahiyyətli orqanlara bu əməllər barədə daha az məlumat verilməsi ilə nəticələnir. Bundan əlavə, qurbanlar adətən məruz qaldıqları zorakılıq üçün qınanılırlar. Ümumilikdə götürüldükdə, zorakılığın bu ümumi tolerantlığı, ayrılıqda isə intim partnyor və cinsi zorakılıq halları bir çox cəmiyyətlərdə qadınların və uşaqların aşağı statusu və gender və kişilik aspektlərini əhatə edən mədəni normalardan irəli gəlir. Buna görə də, qızların və qadınların bədənləri üzərindəki kişi ixtiyarları –və onların davranışına nəzarət – ilə bağlı gender normalarının dəyişdirilməsi gender bərabərliyinə nail olmaq, qızlara qarşı yönəldilən zorakılığı azaltmaq, bu hərəkətlərin qarşını almaq fəaliyyətlərini formalaşdırmaq və xüsusi qayğı və dəstək ehtiyaclarına yönəlmək üçün strategiyadır.
Zorakılıq həmçinin kollektivlərə, ailələrə, münasibətlərə və uşaqların öz gündəlik həyatlarında rast gəldikləri davranışlara təsir edən bir sıra digər sosial, iqtisadi və mədəni amillərdən qaynaqlanır.
Fərd səviyyəsində olan risk faktorlarına cins, yaş, təhsil, gəlir, Fiziki məhdudiyyətlilik, zədələnmiş beyin və əqli inkişafı, psixoloji pozğunluqlar, spirtli içkidən zərərli istifadə, narkotik vasitələrdən istifadə kimii bioloji və şəxsi tarixçə aspektləri və təcavüz və ya pis rəftar tarixçəsi daxildir.
Yaxın əlaqə səviyyəsində olan risk faktorlarına emosional bağın olmaması, zəif valideynlik, ailədəki vəzifələrin yerində olmaması və ayrılıq, günahkar həmyaşıdlar ilə əlaqələr, uşasqların analarına və ya ögey analarına qarşı törədilən zorakılığa şahidlik etmələri və erkən və ya məcburi nikah daxildir.
İcma səviyyəsində olan risk faktorlarına məktəb, iş yerləri və qonşuluq kimi quruluşların xüsusiyyətlərinin zorakılıq riskini necə artırması daxildir. Buraya yoxsulluq, yüksək əhali sıxlığı, keçid dövründə olan əhali, zəif sosial birliklər, təhlükəli fiziki mühitlər, yüksək cinayət halları və yerli narkotika alverinin olması daxildir.
Cəmiyyət səviyyəsində olan risk faktorlarına zorakılığın təşviq edildiyi və ya normallaşdırıldığı mühiti yaradan hüquqi və sosial normalar daxildir. Buraya həmçinin iqtisadi, gender və ya sosial bərabərsizlikləri, mövcud olmayan və ya qeyri – müvafiq sosial müdafiəni, konflikt və ya təbii fəlakət nəticəsində sosial həssaslığı, zəif idarəçilik və zəif hüquq – mühafizə orqanlarının olmasına səbəb olan səhiyyə, iqtisadi, təhsil və sosial siyasətlər daxildir.
Müxtəlif səviyyələrdəki faktorlar arasındakı qarşılıqlı əlaqə bir səviyyədəki faktorların təsiri kimi vacibdir. Məs., tədqiqatlar göstərir ki, hamiləlik və doğuş zamanı baş verən fəsadlar – çox güman ki, onlar nevroloji xəsarət və psixoloji və ya şəxsiyyət pozğunluğuna (fərdi risk faktorları) gətirib çıxardıqları üçün-uşaqlar ilə pis rəftarı və gənclərə qarşı zorakılığı proqnazlaşdırır, bu əsasən zəif valideyn olma kimi ailə daxilində digər problemlər ilə birlikdə baş verir. Bir sıra digər ümumi risk faktorları – məs. ailə disfunksiyası və kollektiv daxilində aşağı sosial idrak – uşaqları digərlərindən daha çox riskə məruz qoyur. Müharibə, kütləvi qaçqın hərəkətləri, iqtisadi miqrasiya, iqlim fəlakətləri və xəstəliklərin yayılması kimi humanitar böhranlar baş verdiyi üçün həmişə olduğundan daha çox uşaq zorakılığının bütün formalarına qarşı həssas olurlar.
Proqram və siyasətlərdə zorakılığın müxtəlif formalarına tez-tez ayrı-ayrılıqda müraciət olunsa da, müxtəlif formaların əlaqəli olduğunu qəbul etmək vacibdir, çünki onlar ümumi əsas səbəbləri paylaşırlar. Məhz buna görə də, onlar adətən birlikdə baş verir və biri – digərinə gətirib çıxara bilər. Məs., uşaqlara qarşı pis rəftarın qurbanı olmaq sonrakı həyatda cinsi zorakılıq, gənclərə qarşı zorakılıq, öz-özünə qarşı yönəldilmiş zorakılıq və intim partnyor zorakılığı halının qurbanı və ya törədicisi olmaq riskini artıra bilər. Analarına və ya ögey analarına qarşı intim partnyor zorakılığına şahid olan uşaqların sonrakı həyatlarında bu zorakılıq hallarını yaşaması daha çox ehtimal olunur-həm qurban, həm törədici kimi. Beləliklə, əsas səbəblərə effektiv şəkildə yönələn proqramlar uşaqlara qarşı zorakılığılın çoxlu formalarını azaltmaq üçün yüksək potensiala malikdir.