MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Zorakılıq / MƏQALƏLƏR
Zədələrin əlamətləri:
üz, bədən və əl-ayaqda qançırlar, sıyrıntılar, yaralar, qayış zərbələrinin, dişləmənin, qaynar əşyalarla və siqaretlərlə yandırmanın izləri
əl və ayaqlarda əlcək və ya corab şəklində, eləcə də sağrı nahiyələrində qaynar məhlullarla yanma izləri
sümüklərin zədələnməsi və sınması, oynaqların şişməsi və ağrıması
vurulub çıxardılmış və laxladılmış dişlər, ağızda və dodaqlarda kəsiklər və ya çapıqlar
baş nahiyəsində dazlaşma və qançır sahələri
daxili orqanların zədələnməsi
südəmər uşaqlarda “silkələnmə sindromu”
Zədələrin təsadüfi olmadığını aşağıdakı əlamətlər göstərir:
zədələrin çoxsaylı olması, müxtəlif zamanlarda baş verməsi (yeni və sağalan), travmaların spesifikliyi (barmaqların, əşyaların izləri)
zədələrin xüsusiyyətləri ilə böyüklərin izahları arasındakı uyğunsuzluq
kobud rəftarın digər əlamətləri (inkişafdan qalma, sanitargigiyenik baxımsızlıq)
travmaların istirahət və bayram günlərindən sonra əmələ gəlməsi
Uşaqla müsahibə və klinik baxışın keçirilməsi zamanı
aşağıdakılar qiymətləndirilməlidir:
uşaqda fiziki zədə və ya cinsi orqanlarında zədə əlamətlərinin olub-olmaması
uşaqda az qidalanma əlamətlərinin olub-olmaması
uşaqda qüsur və ya inkişafda geriləmə əlamətlərinin olub-olmaması
uşağın yaşına uyğun peyvəndləri alıb-almaması
valideynlərin vaxtında tibbi yardıma müraciət edib-etməməsi
Uşaqların valideynlərin/qəyyumların iştirakı olmadan təklikdə zorakılıq haqqında danışmaq hüquqları var.
Məsləhətləşmə aparıldığı zaman valideynlərin/qəyyumların davranış xüsusiyyətləri qiymətləndirilməlidir. “Anomal” davranışın olub-olmamasını müəyyən etmək üçün valideynlərin/qəyyumların davranışına diqqət edilməlidir:
biganədir
cəzalandırandır
özünü müdafiə edəndir
uşağın vəziyyəti və davranışından həddən artıq narahatdır
özünü aşağı səviyyədə qiymətləndirəndir
depressiyadadır
Valideynlərlə ünsiyyət və məsləhətləşmə zamanı ailədə zorakılıq və kobud davranış risk faktorlarının mövcudluğunun müəyyənləşdirilməsi zəruridir:
ailə zorakılığı əlamətləri
spirtli içki/narkotik asılılığı
psixi xəstəliklər
sosial baxımdan təcrid olunma
kimsəsiz/atılmış uşaq