MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Uşaqlara qarşı zorakılığın nəticələri və xərcləri

Uşaqlara qarşı zorakılıq ilə bağlı birbaşa və uzunmüddətli ictimai səhiyyə nəticələri və iqtisadi xərclər təhsil, səhiyyə və uşaqların rifahı sahələrinə qoyulan investisiyaları sarsıdır və gələcək nəsillərin məhsuldar potensialını zəiflədir. Erkən yaş dövründə zorakılığa məruz qalmaq beyin inkişafına xələl yetirə və sinir sisteminin digər hissələrini, eləcə də, ömürlük nəticələr ilə endokrin, qan dövranı, əzələ -skelet sistemi, və reproduktiv, tənəffüs və bağırsaq sistemlərini zədələyə bilər . Güclü təsirə malik sübutlar göstərir ki, uşaqlarda zorakılıq xəsarət, QİÇS və digər cinsi yolla ötürülən infeksiyalar, əqli sağlamlıq problemləri, ləngimiş idrak inkişafı, aşağı təhsil nəticələri və məktəbdən qovulmaq, erkən yaşda hamiləlik, reproduktiv sağlamlıq problemləri və bildirilə bilən və bilməyən xəstəliklər riskini artırır.(10-30)

Uşaqlara qarşı zorakılığın iqtisadi təsiri də həmin zorakılığın maddi xərclərinin hesablandığı ölkələrdən və regionlardan əldə edilən məlumatlarda göstərildiyi kimi əhəmiyyətlidir. Yalnız ABŞ – da bir il ərzində baş verən uşaqlar ilə pis rəftar halları ilə bağlı ömürlük iqtisadi yük 2008-ci ildə 124 milyard ABŞ dolları  olmuş və gənclərə  qarşı zorakılıq kimi zorakılığın digər növləri nəzərə alınarsa, xərclər daha artır. Şərqi Asiya və Sakit Okean regionunda uşaqlara qarşı pis rəftarın səhiyyə ilə bağlı nəticələrin yalnız bir neçəsinin iqtisadi xərclərinin regionun illik ÜDM-nin 1.4% və 2.5 % arasında olduğu hesablanmışdır.