UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Digər mövzular barədə

  • Parta arxasında düzgün necə oturmaq olar? Qamətin düz saxlanılması.

    Onurğa sütunu insanın skeletinin əsas hissəsidir. Qaməti düz saxlamaq üçün vücud əzələləri kömək edir. Arxadan baxanda onurğa düz xətt kimi görünür. Yan tərəfdən baxanda, onun təbii  S-vari forması var, qabarıq və çökək zolaqları ilə (təbii lordoz və kifoz). Əzələlərin, bağların, sümüklərin  həddindən artıq yüklənməsi narahatlıq, ağrı, skelet xəstəliklərinə səbəb ola bilər.

    Ətraflı
  • Dərmanlar haqqında hər şey

    Dərmanlar haqqında şagirdlərin bilməli olduğu bəzi vacib məqamlar bunlardır:

    • Heç vaxt böyüklərin icazəsi olmadan dərman qəbul etməyin. Dərmanlar faydalı ola bilər, lakin yanlış istifadə və ya yanlış doza sağlamlığa zərərli və ya təhlükəli ola bilər.
    • Dərmanlar uşaqların əli çatmayan təhlükəsiz yerə qoyulmalıdır. Təsadüfi istifadənin qarşısını almaq üçün onlar xüsusi yerlərdə saxlanılmalıdır.
    • Dərmanınızı heç vaxt başqa insanlara verməyin və ya başqasının dərmanını qəbul etməyin. Dərmanlar yalnız konkret bir şəxs üçündür və onların başqa insanlar tərəfindən istifadəsi təhlükəli ola bilər.  Daha ətraflı səhifəyə keçid edərək oxuya bilərsiz...

     

    Ətraflı
  • Uşaqların icbari dispanserizasiyası

    Dispanserizasiya nədir? Uşaqların dispanserizasiyası - uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemidir

    Dispanserizasiya nə üçün lazımdır? Müasir tibbin məqsədi  xəstəlik əmələ gəlməmişdən  əvvəl qabaqlayıcı tədbirlər görərək  xəstəliyin yaranmasının qarşısını almaqdır. Ona görə də şikayət olmasa belə  hər bir insan müəyyən fasilələrlə (əgər risk qrupuna aiddirsə daha qısa fasilələrlə) dispanser müşahidədən keçməlidir.

    Ətraflı
  • Palliativ tibbi yardım və qayğı

    Palliativ latın palio (örtürəm, qoruyuram), pallium (örtük, plaş) yardım – ixtisaslaşmış tibbi müalicə məhdud nəticələr verdiyi zaman sağalmaz xəstəlik diaqnozu qoyulmuş xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə xəstələrə və onların ailə üzvlərinə göstərilən çoxsahəli xidmətlərin əlaqələndirilmiş, uzlaşdırılmış sistemidir. PY-nin bədxassəli şiş xəstəliklərinin simptomatik müalicəsinə yönəldilmış kimi ilkin anlamından fərqli olaraq, hal-hazıra bu anlayış onkoloji xəstələr də daxil olmaqla, müalicəsi mümkün olmayan istənilən xronik xəstəliyin həyat üçün təhlükəli mərhələsində olan pasiyentləri də əhatə edir. Buna görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2002-ci ildə PY-nin tərifini genişləndirmişdir: “Palliativ yardım ağrı və digər fiziki, psixo-sosial və mənəvi problemlərin erkən aşkar edilməsi, düzgün qiymətləndirilməsi və müalicəsi vasitəsilə əzab-əziyyətin qarşısının alınması və yüngülləşdirilməsi ilə həyat üçün təhlükəli olan xəstəliklə bağlı problemlərlə üzləşən xəstələrin və onların ailələrinin həyat keyfiyyətini yaxşılaşdıran bir yanaşmadır.” Bu prosesdə xəstələrin istək və arzuları, habelə sosial, psixoloji və mənəvi-ruhi ehtiyacları əsas götürülür.

    Ətraflı
  • Peyvənd - niyə vacibdir?

    İnfeksion xəstəliklər çox təhlükəli olub, ağır formalarında hətta ölümlə nəticələnə bilər, peyvənd isə uşaqlarda yoluxucu xəstəliklərə qarşı immunitet (xəstəliyə tutulmama qabilliyəti) yaradır. Buna görə də uşaqların bu xəstələliklər əleyhinə peyvənd olunması vacibdir. Peyvəndlərin aparılması nəticəsində bir sıra xəstəliklər qlobal səviyyədə aradan qaldırılıb. Azərbaycanda ağır yoluxucu xəstəlik olan poliomielitə yoluxanların sayı Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlər nəticəsində sıfıra endirilb. 2002-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana “Poliomielitdən azad ölkə” statusunu verib. Hazırda Azərbaycanda Hepatit B, vərəm, poliomielit, difteriya, göyöskürək, tetanus, B tipli hemofil infeksiya, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvənd aparılır. Peyvəndlər barəsində daha ətraflı səhifəmizdə...

    Ətraflı
  • Gözəllik və sağlamlıq

    qisa metn

    Ətraflı
  • Yaşlanma - qocalara kömək etmək

    qisa metn

    Ətraflı